CYBERO Kibertəhlükəsizlik Mərkəzi .az zonası üzrə kiber hücumların monitorinqini aparıb

05-01-2019 / 10:34

CYBERO Kibertəhlükəsizlik Mərkəzi 2018-ci il üzrə .az zonası üzrə kiber hücumların monitorinqini apararaq onların analizini aparmışdır.

Xeberler.az  bildirir ki, hücumların analizinə və statistikasına keçməzdən öncə bildirmək istərdik ki, CYBERO Kibertəhlükəsizlik Mərkəzi növbəti ildən hər ay ".az" zonalı internet informasiya resurslarına qarşı həyata keçirilmiş kiber hücumların statistikasını və monitorinq nəticəsini sizlərlə bölüşəcək.

Əldə edilən məlumatlar əsasında aparılan monitorinqə əsasən 2018-ci il ərzində ".az" zonalı internet informasiya resurslarına qarşı çox saylı kiber hücumlar nəticəsində 89 veb resursa hacker müdaxiləsi halının reallaşdırıldığı müəyyən olunmuşdur. Hücum olunan veb resursların analizi göstərir ki, onların 25-i informasiya resursunun məhz düzgün təhlükəsiz kodlanmaması, 54-ü isə server sazlamalarının düzgün qurulmaması nəticəsində hackerlərin hədəfinə çevrilmişlər. Analizlər eyni zamanda bu verb resursların 12-sinin təkrar-təkrar hücuma məruz qalmasına baxmayaraq çatışmazlıqları aradan qaldırmaq üçün lazimi tədbirlərin görülməməsi faktını ortaya çıxarmışdır.

Hücum həyata keçirilən saytların Host olunmasının ölkələr üzrə 10%-i Azərbaycan, 40%-i ABŞ, 15%-i Almaniya, 10%-i Rusiya, 10%-i Türkiyə, 15%-i isə digər ölkələrin payına düşür.

Hücumların 68%-inin serverlərin boşluğundan istifadə olunaraq həyata keçirilməsini nəzərə alaraq CYBERO bir daha “shared hosting”istifadə edən şirkətləri diqqətli olmaları üçün xəbərdar edir!

Kiber Hücumların qurbanı olmamanız üçün, CYBERO Kibertəhlükəsizlik Mərkəzi sizə informasiya resurslarınızdakı boşluqların analizi üçün audit/pentest, kiber hücumların tədqiqi kimi xidmətlərini, o cümlədən sahə üzrə “Secure Programming”, “WhiteHat Pentester”, “System Administrator” kimi təlimlərini təklif edir!

CYBERO Kibertəhlükəsizlik Mərkəzi Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətiylə təbrik edir sizə Yeni ildə hücumlardan uzaq, təhlükəsiz və uğurlu günlər arzulayır!

Yeniliklər və oxşar xəbərlər üçün  saytımızdan, facebookinstagram səhifələrindən izləyə bilərsiniz.

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.