Previous Next
Bağla

Azərbaycanın informasiya məkanı kiber təhdidlərdən nə dərəcədə qorunur?

01-03-2021 13:13
Azərbaycanın informasiya məkanı kiber təhdidlərdən nə dərəcədə qorunur?

Hazırki dövrdə İnformasiya məkanının təhlükəsizliyi prioritet mövzulardan biridir. Bu mövzu ilə bağlı Cybero şirkətinin direktoru Orxan Səidli ilə həmsöhbət olduq. Həmin müsahibəni sizə təqdim edirik:

1. Təhlükəsizlik məhsullarınız hansı müasir həllərə əsaslanır?

-Təhlükəsizlik məhsullarımız insan beynidir. Biz alət və avadanlıqlardan daha çox manual kod analizi ilə boşluqların aşkarlanması,tapılması həyata keçirir və bu problemlərin necə aradan qaldırılmasını tövsiyə edirik.Proqram təminatları isə bunları ya etmir ya da false positive və false negative-lər ilə dolu olur. Bu səbəbdən xüsusi olaraq sadəcə hansısa məhsulun istifadə olunması ilə təhlükəsizliyə nəzarət və ya audit tövsiyə etmirik,yanaşma kompleks olmalıdır.

2. Sizcə, Azərbaycanın informasiya məkanı kiber təhdidlərdən nə dərəcədə
qorunur?

-Azərbaycan informasiya məkanının kiber təhdidlərdən qorunma səviyyəsi çox rəngarəngdir. Yəni sahələr üzrə bir-birindən çox fərqlənən həm çox təhlükəli həm də çox güclü mühafizə olunan müxtəlif sahələr görmək olar. Ümumi olaraq qeyd etmək lazım gələrsə, informasiya sistemlərinin qorunması insanların özlərini qorumasından daha təkmil həyata keçirilir. Bu sahədə vətəndaşlarımızın ayıqlıq səviyyəsinin yüksəldilməsi üçün maarifləndirmə işlərinin artırılmasına ciddi ehtiyac var.

3. Cybero Azərbaycanın xarici təhlükələrdən qorumağa necə töhfə verir?

-Cybero mütamadi təhlükələr barədə öz sosial media səhifəsindən vətəndaşları xəbərdar edir, məlumatlandırma və maarifləndirməni həyata keçirir. Eyni zamanda illik hesabatlar dərc etdirərək sahə üzrə problemlərə diqqət cəmləyir. Həmçinin Cybero mütəxəssislərinin özlərinin aşkar etdiyi boşluqlar barədə müvafiq informasiya sistemi sahibləri məlumatlandırılır və boşluqların aradan qaldırılması üçün tövsiyələr verilir. Bununla yanaşı Cybero mütamadi olaraq ödənişli eləcə də ödənişsiz sosial maarifləndirmə fəaliyyətini həyata keçirir. Düzdür, pandemiyanın gətirdiyi məhdudiyyətlərin fonunda şirkətimiz bir sıra işçilərini və Kibertəhlükəsizlik Mərkəzini saxlamaqda çətinlik yaşadı və hələlik fəaliyyətini minimal səviyyəyə endirmiş formada davam etdirir. Dövlət dəstəyi olarsa bu sahədə daha ciddi fəaliyyətlərlə ölkədəki sahə üzrə missiyamızı davam etdirə bilərik.

4. Cybero Azərbaycanın azad edilmiş ərazilərində rəqəmsal ekosistemin
yaradılmasına hansı töhfələr verə bilər?

-Bilirsiniz ki, düşmən ölkə qurduğu Tumo mərkəzləri ilə artıq 19000-ə yaxın yeniyetməni sahə üzrə hazırlamış və hazırlamaqda davam edir. Bu yeniyetmələr isə gələcəkdə sahə üzrə ölkəmizin düşmən ölkə ilə müqayisədə kadr azlığı yaşamasına gətirib çixaracaq. Bu səbəbdən istər işğaldan azad olunmuş ərazilərdə, istərsə də digər ərazilərdə sahənin inkişafı ekosistemin formalaşdırılması və ixtisaslaşmış kadr potensialının hazırlanması üçün nəinki Cybero hər birimiz əlimizdən gələni etməliyik. Cybero da bacardığı qədər sahə üzrə hər bir əməkdaşlığa və dəstəyə hazırdır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

CYBERO Kibertəhlükəsizlik Mərkəzi .az zonası üzrə kiber hücumların monitorinqini aparıb

05-01-2019

CYBERO MMC Azərbaycanda bir ilkə imza atdı

13-09-2018

Kibertəhlükəsizlik ekspertlərinin Azərbaycanda ilk toplantısı baş tutdu

15-04-2019

Kibertəhlükəsizlik üzrə Təlim Mərkəzi yaradıldı-Ölkədə ilk

10-04-2018

28 yanvar - Beynəlxalq fərdi məlumatların mühafizəsi günüdür

28-01-2021

AZ ölkə kodlu informasiya resurslarına qarşı haker hücumların sayı artıb

06-01-2020

CYBERO jurnalistləri təlimə dəvət edir

21-05-2018

2019-cu ilin I yarısı üçün haker hücumlarının statistikası açıqlanıb

12-07-2019

Azərbaycanlı ekspertin Lenovodan tapdığı boşluq təsdiqləndi

05-04-2019

Azərbaycanda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik riskləri reyestri yaradılacaq

28-08-2023

“Azərbaycanda 19 təşkilat informasiya sisteminə biganə yanaşır”

04-03-2020

MHM-də Kiber Hücumların Simulyasiya Laboratoriyası yaradılıb

16-07-2021

Azərbaycanın informasiya məkanında təhlükəsizlik riskləri müəyyənləşdiriləcək

28-08-2023

İlqar Musayev: "İT-nin rolunun artması təhlükəsizliyi məsələsini ön plana çıxarır"

24-10-2023

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Xəbərdarlıq edib

16-09-2024

ETX maarifləndirmə tədbirləri ilə əlaqədar videoçarx hazırlayıb

18-10-2024

Kibertəhlükəsizlik ekosisteminin cari vəziyyəti müzakirə edilib

01-06-2024

“Kiber Təhlükənin Fərqindəyəm” şüarı ilə silsilə tədbirlər keçiriləcək

07-10-2021

Kaspersky: sənayedə ağıllı cihazların yayılması kiber müdafiəyə yanaşmanı dəyişəcək

24-12-2020

Vətəndaşların informasiya təhlükəsizliyi səviyyəsi aşağıdır

02-02-2024

“İnternet medianın informasiya təhlükəsizliyi” mövzusunda Dəyirmi Masa keçiriləcək

30-01-2014

Domen ad sistemi təhlükəsizliyi üzrə beynəlxalq təlimlər keçirilir

30-04-2026

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı ilkin qiymətləndirmə aparılıb

26-09-2025

Oktyabr “Kibertəhlükəsizlik üzrə maarifləndirmə ayı” kimi qeyd olunur

05-10-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə