“Azərbaycanda 19 təşkilat informasiya sisteminə biganə yanaşır”

04-03-2020 / 12:52

“Cybero” şirkətinin açıqladığı məlumata görə, hücuma məruz qalan ölkə resursları içərisində 19 təşkilat təkrar olaraq bir neçə dəfə hücuma məruz qalmasına baxmayaraq, informasiya sisteminə biganə yanaşır”.

Xeberler.az bildirir ki, bunu "Hökumət buludu" mövzusunda keçirilən tədbirdə Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) nümayəndəsi Tural Məmmədov deyib.

Onun sözlərinə, informasiya sistemlərinə müdaxilələrin 63%-i serverlərin təhlükəsizlik səviyyəsinin aşağı olmasına görə baş verir: “Bəzi qurumlar, təşkilatlar ümumi istifadədə olan hostinqlərdən istifadə edir, hətta öz informasiya resursunda boşluq olmasa belə, digər eyni serverdə yerləşən boşluq nəticəsində digər resurslara da keçid mümkün olur. Amma müdaxilələrin 37%-i kod təhlükəsizliyi vasitəsilə olan boşluqdur. Baş verən hücumların bir çoxu ABŞ-da baş verib".

XDMX rəsmisi qeyd edib ki, gələcəkdə "Hökumət Buludu" işə düşdükdən sonra onların bu tip hücumların qarşısını alması daha da asanlaşacaq.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə