Data Mərkəzlər üçün Cloud-dan gəlir qazanmaq imkanları

23-02-2017 / 12:15

“Qarışıqlıq və Gəlir” qrafiqinə əsasən ən az gəlir gətirən sahə Co-Location ən çox isə SAAS görünür. Yəni, ən tez ROI SAAS-da, ən gec Co-Location- da olacaq.

 

Məsələn, Dropbox startapına  baxa bilərik. Bildiyiniz kimi, bu startap AmazonWebServices-in PAAS platforması üzərində qurulan fayl paylaşma proqramıdır. Dropbox ,2 milyon  dollar ilkin investisiya ilə qurulub. Bu gün  isə bazar dəyəri 10 milyard  dollardır.

Cloud texnologiyalarının bu qədər populyarlaşmasında əsas məntiq müştərini əsas cəlb edən şey “istifadə etdiyin qədər ödə” modelidir (pay-as-you-go). Qısaca, müştəri istifadə etdiyi resurs və vaxt qədər ödəmə edir.

Dünya Public Cloud bazarına İAAS və PAAS daxil olmaq üçün, sırf biz bu bazarda varıq deməmiz üçün ortalama 8 milyard dollara ehtiyac var. HP Helion-un AWS və Microsoft-la  rəqabət edə bilməyib bazardan çəkilməsi məsələnin nə qədər ciddi olduğunun sübutudur.

Local Private Cloud bazarına ilkin mərhələdə İAAS xidmətləri olan, Virtual Datacenter, VPS məhsullarını çıxardaraq başlaya bilərik.

Ən çox istifadə olunan VPS əməliyyat sistemləri Debian, Centos, Windows 2008, 2012, Ubuntu və FreeBSD sayılır.

Aşağıdakı server ilkin mərhələdə bizim və müştərilərin ehtiyacını ödəyəcək. Bu parametrlərlə OVH-şirkəti aylıq 30 dollar müqabilində müştərilərə xidmətə verir. Ortalama 24 VPS quraşdırmaq olar.

“Backup” ən çox vacib və diqqət olunması vacib olan servislərdən biridir. Tez və sürətli bir zamanda disk sıradan çıxanda “backup” həyata keçməsi üçün RAID istifadə edirik. Ən çox istifadə edilən RAID 6 və RAID 60 sistemidir. Tövsiyə edilən RAID 60 sistemidir. 16TB RAID 60 sistemində 12TB istifadə olunur və 4TB “backup” ucun nəzərdə tutulur.

200 VPS-lik nəzərdə tutsaq

200 VPS X 30 dollar/ay = 6000 dollar

7000-8000 dollar investisiya ilə aylıq 6000 dollar qazanırıq J. 2 ayda edər 12000 dollar Ilkin məbləği 2 ayda “ROI” edirik, 3-cü aydan gəlir gətirməyə başlayır. Unutmayaq ki, bir serverin ortalama effektivlik ömrü 4 ildir.

Amma Cloud xidmətlərində ən çox gəliri gətirən sözsüz S.A.A.S-dır. Bunun üçün bizim R&D şöbəsinə ehtiyacımız olacaq. Bazara uyğun paket məhsullar hazırlayacaqlar. Marketinq şöbəsidə onun lisenziya satışı ilə məşğul olacaq.

Məsələn, Kiçik və Orta sahibkarlara S.A.A.S dəstək paketi:

Bu gün gördüyümüz bütün Kiçik və Orta şirkətlər bu 3 məhsulu istifadə edirlər. Bir çoxuda bu xidməti xarici bulud provayderlərindən alır. Ortalama bu paketə xaricdə aylıq 25 dollar  maliyyəti lisenziyalarla birlikdə 15 dolara yaxındır.

Təqribi bir yuxarıdakı serverə belə 1000 müştəri sığdırmaq olar. Buda o deməkdir ki, 1000 Paket x 25dollar/ay = 25000 dollar , 7000 dollar ROİ-si 1 aydan az vaxtda olur hələ 18000 dollar qazanc qalır.

Təbii ki, bu versiyalar hamısı onu sata biləcək güclü satış və marketinq şöbəsinin əlindədir.

Biznesin İnkişafı üzrə mütəxəssis

Nicat Manafov

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.