Zuckerberg Facebook-un hissələrini satır

25-09-2017 / 13:24

Facebook-un qurucusu və CEO-su Mark Zuckerberg önümüzdəki 18 aylıq müddətdə 75 milyon Facebook hissəsini satmağı planlayır.

Xeberler.az bildirir ki, bu barədə şirkət rəhbəri öz rəsmi səhifəsindən məlumat paylaşıb.

Qeyd edək ki, Facebook-un səhmləri bu gün 170 dollar ətrafında əməliyyat görürür.

Zuckerberg səhmlərin satılmasından 12,7 milyard dollar gəlir əldə edəcək.

Onun sözlərinə görə, bu müddətdə satacağı ən aşağı hissənin qiyməti 35 milyon dollar olacaq.

Bu satışdan əldə edəcəyi gəlir təxminən 6 milyard dollar olacaq.

Dünyadakı ən populyar rəqəmsal platform olan Facebook bu gün təxminən 1,5 milyard insan tərəfindən istifadə olunur.

Sürpriz kimi görünən qərarın arxasında isə 2015-ci ildə Mark və həyat yoldaşı tərəfindən qurulan Chan Zuckerberg Initiative adlı xeyriyyə fonduna daha çox maliyyə yardımı göstərmək dayanır.

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə