Previous Next
Bağla

Azərbaycanın mobil operatorlarının gələcəyi necə olacaq?

12-04-2016 14:19
Azərbaycanın mobil operatorlarının gələcəyi necə olacaq?

2015-ci ildə dünyada mobil data trafiki 74 faiz böyüyərək aylıq ortalama 3.7 exabyte oldu.

4G mobil bağlantıların ümumi həcmi 14 faiz olsa da, mobil data trafikinin 47 faizi  məhz 4G mobil bağlantılarından gəldi. 3G mobil bağlantıların isə ümumi həcmi 34 faiz olsa da, mobil data trafikinin 43 faizi 3G mobil bağlantılardan gəldi.

Qısaca, bir 4G-yə bağlı cihazın istifadə etdiyi trafik, 2G/3G bağlantısı olan bir cihazdan ortalamada 6 dəfə çox oldu.

Dünyanın ən qabaqcıl operatorları artıq öz ənənəvi stansiyalarını 4G(LTE və LTE Adv.) stansiyaları ilə əvəz etməyə başladı. Azərbaycanda hər 3 operator (Nar, Azercell, Bakcell) 4G infrastruktur işlərinə davam edərək 4G data paketlerənin reklamlarına başladı.

Amma operatorlarımızın unutduqları 2 nüans var idi: Qiymət və Əlavə Dəyərli Xidmətlər (ƏDX)

Operatorlar

1GB- üçün orta qiymət

Azercell

5 AZN

Bakcell

7 AZN

Nar

4 AZN

Avropa Ortalama

4 AZN

 

Azərbaycan alıcısı üçün 1GB-a ortalama 4 AZN ödəmək çox yüksəkdir. Avropa ölkələrində ortalama nominal əmək haqqı 1.375 AZN olsa da, Azərbaycanda 449.5 AZN-dir.

Məhz buna görə, Azərbaycanda data istifadəçilərin bir çoxları mobil data yerinə hər yerdə pusluz Wi-Fi axtarırlar. Wi-Fi-in bu qədər sürətlə əhatə dairəsini genişləndirməsi və sosial ehtiyac olaraq görülüb dövlət tərəfindən ictimai yerlərdə yayılması operatorların mobil data trafik gəlirlərinə böyük zərbələr endirəcək.

Belə ki, dünyada mobil telefonlardan istifadə olunan trafikin 51 faizi Wi-Fi (Fiber, ADSL və s.) və 49 faizi  2G/3G/4G üzərindən ötürülür.

Operatorlar gəlirlərini necə artırmalıdır?

Ənənəvi səsli danışıq trafikinin gəlirlərinin hər il azalaraq yerini messenengerlərə verməsi operatorların Biznes İnkişafı Departamentlərinin qara günlərini çoxdan gətirib. Yalnız WhatsApp-ın mobil operatorlara 26.3 milyard dollar zərar verdiyi hesablanmışdı. Ərəbistanda olduğu kimi , heç bir  ölkə WhatsApp-ı, Viber-i bağlama yolunu seçməyəcək. İnternetin azad olduğu və Avropa ölkəsi yolunda sürətli gedən Azərbaycanın da  bunu etməsi mümkün görünmür.

OTT bağlanmasa, batarıq. Nə edək bəs ?

Ənənəvi əlavə dəyərli xidmətlər (ƏDX): qudok yerinə musiqi, anonim chat, bilinməyən nömrələr, mesaj  servis abunəlikləri əvvəlki  gəlir trendini çoxdan itirib. Yeni ƏDX yaratmaq lazımdır. Dünyanın qabaqcıl operatorları M2M, İOT (Əşyaların interneti), Bulud Xidmətləri (Cloud) kimi məhsullarını çoxdan yaradıb müştərilərinə satmağa başlayıblar. 2015-ci ildə İOT 4.11 milyard dollar bazar yaradıb və 2020-yə qədər 13.49 milyard dollara yüksələcək. Bulud Bazarı isə 2015-də 106 milyard dollar gəlir gətirib və bu həcm 2020-ci idə 300 milyard dollar olacaq.

Bulud bazarı:

 Ən çox bazar payına sahib olub sürətli inkişaf edə bilən Bulud Xidmətləri mobil operatorlar üçün proriter ƏDX olmalıdır. Məsələn, qonşu Türkiyədə ən böyük operatorlardan olan Türk Telekom bir çox bulud xidmətini (TT Müzik, Tivibu IPTV, Vitamin, Ailə və s) öz istifadəçilərinə satmağa başladı və ciddi gəlirlər əldə etdilər. Hətta,  Cristiano Ronaldo kimi dünya ulduzunu 4.5G (LTE-Advanced) reklamlarında oynatmağı bacardılar.

Mobil operatorlarda Bulud bazarı:

Bütün mobil operatorların bulud xidmətlərinə maraqı olsa da, bir mobil operator artıq ilk bulud xidmətlərini tanıdan reklam çarxını hazırlayıb. Nar digər rəqiblərindən daha sürətli davranaraq VPS, Office, Exchange kimi məhsullara vurğu edərək reklam edib. Amma təəssüf ki, onların saytlarında qiymətlər barədə heç bir məlumat yoxdur. CityNet-i satın alaraq fiber müştərilərinə yaradacağı ƏDX xidmətləri satmaq istəyən Nar-ın strategiyası düzgün görünür.

Gözləyək görək Bulud bazarında Azercell və Bakcell nə edəcək.

 

Biznesin inkişafı üzrə mütəxəssis

Nicat Manafov

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Telefondan internetə girmək neçə konturadır?- ARAŞDIRMA

Telefondan internetə girmək neçə konturadır?- ARAŞDIRMA

14-01-2011
Mobil reklam bazarının həcmi artıb

Mobil reklam bazarının həcmi artıb

02-09-2015
"Bakcell mobil internetin sürətinə görə ölkədə liderdir" - Netindex

"Bakcell mobil internetin sürətinə görə ölkədə liderdir" - Netindex

10-03-2015
Ekspertlər 2015-ci il üçün İT bazarının əsas tendensiyalarını açıqladı

Ekspertlər 2015-ci il üçün İT bazarının əsas tendensiyalarını açıqladı

20-02-2015
Mobil İnternet bazarının həcmi 3 dəfə artacaq

Mobil İnternet bazarının həcmi 3 dəfə artacaq

26-05-2015
Dünya mobil məlumat ötürmənin həcmi 52 milyon terabaytadək artacaq

Dünya mobil məlumat ötürmənin həcmi 52 milyon terabaytadək artacaq

23-07-2015
Nar: “Devalivasiyadan sonra heç bir qiymət dəyişikliyi olmayıb”

Nar: “Devalivasiyadan sonra heç bir qiymət dəyişikliyi olmayıb”

28-12-2015
"Azercell" "SuperSən" tarif paketlərini yeniləyir

"Azercell" "SuperSən" tarif paketlərini yeniləyir

05-03-2026
Nar 4G istifadəçilərinin sayı il ərzində 85 faiz artıb

Nar 4G istifadəçilərinin sayı il ərzində 85 faiz artıb

23-10-2019
«Azercell» Naxçıvanda endirimli GPRS zonası yaradıb

«Azercell» Naxçıvanda endirimli GPRS zonası yaradıb

03-08-2010
«Azercell»lə «Bakcell»in 1 GB rəqabəti - ƏN SƏRFƏLİ MOBİL İNTERNET KİMDƏDİR?

«Azercell»lə «Bakcell»in 1 GB rəqabəti - ƏN SƏRFƏLİ MOBİL İNTERNET KİMDƏDİR?

13-06-2024
DATA Mərkəzin yaradılması müsbət addımdır - Nəticələr

DATA Mərkəzin yaradılması müsbət addımdır - Nəticələr

18-05-2015
Mobil proqramlar 57 milyard dollar gəlir gətirəcək

Mobil proqramlar 57 milyard dollar gəlir gətirəcək

13-05-2016
Mobil operatorların analoqu olmayan SMS ödəmə faizləri

Mobil operatorların analoqu olmayan SMS ödəmə faizləri

03-05-2016
Mobil  tətbiq  bazarının həcmi  24 faiz artacaq

Mobil tətbiq bazarının həcmi 24 faiz artacaq

13-02-2016
G‐Cloud dövlət İKT xərclərini 50 faiz azalda bilər

G‐Cloud dövlət İKT xərclərini 50 faiz azalda bilər

12-02-2016
Nar 4G istifadəçilərinin sayı 24 faiz artıb

Nar 4G istifadəçilərinin sayı 24 faiz artıb

29-08-2018
Nar internet paketlərini limitsiz etdi

Nar internet paketlərini limitsiz etdi

05-08-2017
Azərbaycanda qiymətlər avropa ölkələrindən xeyli bahadır

Azərbaycanda qiymətlər avropa ölkələrindən xeyli bahadır

19-05-2014
“Nar”ın 4G istifadəçilərinin sayı 35   faiz artıb

“Nar”ın 4G istifadəçilərinin sayı 35 faiz artıb

30-11-2020
Nar Tərtərdə 4G şəbəkəsini qurdu

Nar Tərtərdə 4G şəbəkəsini qurdu

22-10-2018
Azercell il ərzində regionlarda 4G şəbəkəsini 364 faiz artırdı

Azercell il ərzində regionlarda 4G şəbəkəsini 364 faiz artırdı

28-11-2019
Messencerlər mobil operatorların gəlirlərini azaldır

Messencerlər mobil operatorların gəlirlərini azaldır

13-06-2015
Bakcell abunəçiləri daha sürətli mobil internetdən faydalana biləcək

Bakcell abunəçiləri daha sürətli mobil internetdən faydalana biləcək

15-10-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə