DİM-in Çağrı mərkəzi fəaliyyətə başladı

21-07-2017 / 14:53

Dövlət İmtahan Mərkəzinin Çağrı mərkəzi fəaliyyətə başlayıb.

Bu barədə Xeberler.az-a DİM-dən məlumat verilib.

Qeyd edilib ki, Çağrı mərkəzi vasitəsilə vətəndaşlar telefonla onları maraqlandıran suallar –ali və orta ixtisas təhsili müəssisələrinə qəbul qaydaları, müsabiqə şərtləri, imtahan tarixləri və s. barədə məlumat ala, Dövlət İmtahan Mərkəzinin fəaliyyəti ilə bağlı təkliflərini bildirə bilərlər.

Çağrı mərkəzinə müraciət etmək üçün şəhər telefonlarından birbaşa 1653 nömrəsinə ödənişsiz, mobil operator nömrələrindən isə ödənişli olaraq zəng edə bilərsiniz.

Çağrı mərkəzi iş günləri saat 09:00-dan 18:00-dək (fasilə 13:00–14:00) xidmət göstərir.

Məltəm Talıbzadə

 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.