Bugün Vergilər Nazirliyi tərəfindən “195” nömrəli universal “Çağrı Mərkəzi” nin təqdimat mərasimi keçirilib.
Xəbərlər-in məlumatına görə, Vergilər Nazirliyi Vergi ödəyicilərinə xidmət baş idarəsinin rəisi Elçin Məmmədov tədbiri açaraq “Çağrı Mərkəzi”nin yaradılmasının əhəmiyyətini vurğulayıb.
O, bildirib ki, “Vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi üzrə”2009-2012-ci illər üçün strateji planda sahibkarların, vətəndaşların vaxt itkisinə yol vermədən bir mənbədən biznesin qeydiyyatı, lisenziyalaşdırma, mühasibat oçotu vergilər, rüsumlar, sosial və digər icbari ödənişlər barədə məlumat almalarını təmin etmək məqsədi ilə Vergilər Nazirliyi 195 nömrəli telefon məlumat xidmətinin və ayrı-ayrı orqanlarda anoloji xidmətlərin vahid telefon xidmətinə inteqrasiya olunmaqla vahid “Çağrı Mərkəzi”nin təşkili üçün zəruri tədbirlərin həyata keçirilməsi nəzərdə tutub.
Tədbirdə daha sonra Vergi ödəyicilərinə xidmət baş idarəsinin rəis müavini Məhəmməd Yunusov “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyəti təşkili” mövzusunda təqdimatla çıxış edərək “ 195 “ nömrəli Çağrı mərkəzinin yaradılması və onun icrası sahəsində görülmüş işlər barədə geniş məlumat verib.
Məhəmməd Yunusovun sözlərinə görə, Nazirlər Kabinetinin 28 oktyabr 2013-cü ilə sərancamına uyğun olaraq layihə çərçivəsində mərkəzə daxil olan dövlət qurumlarında xidmət zalları yaradılıb, cəlb olunan əməkdaşlara təlimlər keçirilib
O vurğulayıb ki, Çağırı Mərkəzi üzrə xüsusi proqram təminatı hazırlanıb və qurulmuş serverlər vasitəsi ilə qurumlar bir-birinə inteqrasiya olunub. Məhəmməd Yunusov “195” nömrəli Çağrı mərkəzinin artıq 4 fevraldan əhalinin, o cümlədən sahibkarların sualllarını operativ və keyfiyyətli cavablandırılması, şikayətlərin habelə təkliflərin qəbulu məqsədilə fəaliyyətə başladığını diqqətə çatdırıb.
Qurumun rəsmisi qeyd edib ki, hazırda Çağrı mərkəzinin xidmətlərindən istifadə etmək üçün birbaşa 195 nömrəsinə zəng edərək səsli menyunun köməkliyi ilə və ya müvafiq düymələrdən birini seçərək birbaşa Vergilər, İqtisadiyyat və Sənaye, Əmək və Əhalinin Sosial Müdafiə Fondu, Ədliyyə, Dövlət Gömrük Komitəsi, Dövlət Sosial Müdafiə Fondu ilə əlaqə saxlaya bilərlər.
Tədbirdə dövlət nümayəndələri də çxış edib. Çıxışlarda“195” çağrı mərkəzinin yaradılamsında başlıca məqsədinin vətəndaşlara mütərəqqi xidmət və dövlət dəstəyinin təmin edilməsi, dövlət orqanlarının hər zaman əlçatan olnası, vətəndaş məmnunluğunun yüksəldilməsi, ölkədə əlverişli biznes mühütün formalaşmasından ibarət olduğunu bildirilib.
Daha sonra “Tandem” şirkətinin rəhbəri Səbinə Zamanova “Müasir çağrı mərkəzinin təşkili” mövzusunda fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.
Tədbirin sonunda KİV nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Elektron Azərbaycan” Dövlət Proqramına əsasən fiziki və hüquqi şəxslərin bir mənbədən sahibkarlıq fəaliyyəti ilə əlaqəli məlumat almalarının təmin olunması məqsədilə “Sahibkarlıq fəaliyyəti sahəsində universal Çağrı Mərkəzi”nin yaradılması nəzərdə tutulub. Bu vəzifənin icrası isə Vergilər Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi və digər aidiyyəti dövlət orqanlarına tapşırılıb.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri