Elon Musk bütün dünyanı internetlə təmin edəcək

12-02-2018 / 23:10

Elon Musk-ın qurucusu olan SpaceX-in növbəti hədəfi dünyanın hər yerində ucuz internet xidməti təmin etməkdir.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, SpaceX qlobal internetə çıxış üçün səylərini artır.

Məlumata görə, 3 il əvvəl elan edilən layihə üçün bu həftə ərzində ilk sınaq peykləri buraxıla bilər.

Microsat 2a və 2b adı verilən prototip kosmos vasitələri Kaliforniyanın Vandenberg Hava Bazasında hazırlanır.

Həftə daxilində təxminən 1,5 ton ağırlığında olan Paz adı verilən İspan radarının yenidən istifadə edilməsi üçün bir Falcon 9 raketi ilə orbitə buraxılması nəzərdə tutulur.

Yerli stansiya ilə radio rabitə sistemini sınaqdan keçirmək üçün göndəriləcək peyk uğurlu olarsa, Starlink adlı peyk dünya üzrə ucuz internetə çıxışı təmin edəcək.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə