“SpaceX” İndoneziyanın rabitə peykini orbitə çıxarıb

19-06-2023 / 12:23

“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi İndoneziyanın telekommunikasiya peyki "Satria"nı orbitə çıxarıb.

 Bu barədə “SpaceX” tərtibatçı-daşıyıcı şirkəti bildirib.

"SpaceX" raketi ABŞ Kosmik Qüvvələrinin Florida ştatındakı Kanaveral burnunda yerləşən bazasındakı 40-cı buraxılış kompleksindən buraxılıb.

"Satria" İndoneziyanın ən böyük telekommunikasiya peykidir. Təxminən beş ton ağırlığında olan cihazın dəyəri 550 milyon dollar qiymətləndirilir.

O, ölkədə internetə çıxış imkanlarını genişləndirəcək, dövlət, elm və təhsil müəssisələrinə, eləcə də dövlət qurumlarına pulsuz qoşulma təmin edəcək. "Satria" saniyədə 150 ​​giqabit ötürmə qabiliyyətinə malikdir. Bu, hazırda İndoneziyanın istifadə etdiyi 9 telekommunikasiya peykinin tutumunu üç dəfə artıracaq.

Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” layihə çərçivəsində orbitə ümumilikdə təxminən 12 min kosmik aparat çıxarmağı planlaşdırır. Kompaniyanın qiymətləndirməsinə əsasən, 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə