Əqli Mülkiyyət Agentliyi və İİTKM arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

11-02-2019 / 16:46

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya  Mərkəzinin təşkilatçılığı ilə “İnnovasiyalı inkişaf və iqtisadi islahatlar: əqli mülkiyyətin və texnologiyaların kommersiyalaşdırılmasının rolu” mövzusunda konfransında Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya  Mərkəzi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. 

Xeberler.az  bildirir ki, memorandumda tərəflər, Agentliyin Rəqəmsal Ticarət Qovşağına inteqrasiyasının təmin olunması və onun potensialından   yüksək texnologiyaların və əqli mülkiyyət obyektlərinin iqtisadiyyatda tətbiqinin stimullaşdırılmasında və bu istiqamətdə aparılan işlərdə istifadə edilməsi, Agentliyin təqdim etdiyi layihələrin Mərkəz tərəfindən idarə olunan “enterpriseazerbaijan.com” portalına inteqrasiyasının həyata keçirilməsi, patent qabiliyyətli startapların birgə seçiminin aparılması barədə razılığa gəliblər.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.