"Error" səhifələr - ARAŞDIRMA

25-03-2011 / 23:47

İnternetdən istifadə edərkən bəzən daxil etdiyimiz veb-səhifələr açılmır. Səhifə "error" (xəta, səhv) nəticəsini verir. Bu, müxtəlif səbəblərdən olur. Bu səbəbləri müəyyən etsək, yaranmış problemi aradan qaldıra bilərik. Beləliklə, internetdə ən çox rastlanan "error"lar:

1. 52 Runtime Error - Bu javascript kodunda faylın adı və ya rəqəm yanlışlığı ilə bağlı olur. Saytın daxilində olan "script" axtardığı səhifəni, obyekti tapmayanda bu cür xəta baş verir. Bəzən qoşulma problemi ilə də bağlı olur. Müvəqqəti (temporary) faylları silməklə problemi həll etmək olar. Əgər çoxlu sayda istifadəçidə eyni problem yaşanarsa, sayt idarəçilərinə müraciət etmək lazımdır.

2. 400 Bad File Request - Daxil edilmiş sayt adında (url) yanlışlığa yol verilib. Böyük, kiçik hərf səhvi, əlavə işarələrin daxil edilməsi bu xətaya gətirib çıxara bilər. Daxil edilən saytın ünvanını (url) yoxlamaq lazımdır.

3. 401 Unauthorised - Müraciət etdiyiniz sayt şifrələnmiş qoşulmaları qəbul edir. Şifrələmiş açarlar tələb olunur. Sizin qoşulmağınız isə şifrələnmiş halda olmadığından bu xəta baş verir. Səhv yazılmış istifadəçi adı (username) və parol da (password) bu xətaya səbəb ola bilir.

4. 403 Forbidden/Access Denied - "401 Unauthorised" xətasına oxşardır. Vebsəhifəyə qoşulmaq üçün icazəniz yoxdur.

5. 404 File Not Found - Müraciət etdiyiniz səhifə və ya sayt mövcud deyil, yaxud tapıla bilmir. Bəzən "İnternet Explorer", "Mozilla", "Google Chrome" və ya digər veb-brauzeri bağlayıb yenidən açmaqla xəta aradan gedə bilər.

6. 408 Request Timeout - Veb-sayt cavab verməmiş sizin tərəfinizdən göndərilən sorğu kəsilib. Bir qədər gözləmək və yenidən yoxlamaq lazımdır. Çox zaman müraciət edilən veb-serverin aşağı sürətli olması və ya müraciət edilən faylın həcminin çox böyük olması buna səbəb olur. 

7. 500 Internal Error - Veb-saytda olan problemlər səbəbilə "HTML" sənəd oxuna bilmir. Veb-saytın idarəçilərinə müraciət etmək lazımdır.

8. 502 Service Temporarily Overloaded - Veb-saytın yüklənməsi həddindən çox qoşulma bu xətaya səbəb ola bilər. Sizə yalnız gözləmək və bir müddət sonra yenidən yoxlamaq lazımdır. 

9. 503 Service Unavailable - Veb-sayt çox yüklənib və ya siz internetə qoşulu deyilsiniz. Öz qoşulmanızı yoxlayın.

10. Bad File Request - Saytın adını düz daxil etməmisiniz. Veb-sayt sizin sorğunu başa düşməyib. 

11. Connection Refused by Host - Müraciət etdiyiniz sayta qoşulmaq əlçatarlığınız yoxdur.

12. Errors on Page - Səhifədə olan xətalarla bağlı ola bilir. Yenidən yoxlamaqla bəzi vaxtlar həll olunur. 

13. Failed DNS Lookup - Saytın adı düzgün daxil edilməyib və ya belə bir sayt mövcud deyil. Saytın və ya qoşulan istifadəçinin DNS qurulmasında olan problemlə bağlı ola bilər.

14. Host Unavailable - Veb-sever hal-hazırda sizin sorğunuza cavab verə bilmir və ya belə bir ünvan mövcud deyil. 

15. Network Connection Refused by the Server - Veb-server çox məşğuldur. Qoşulma sayı çoxdur. Səfihəni yeniləməklə bəzən həll olunur.

16. Runtime Error / A runtime error has occurred - Bu xəta adətən "İnternet Explorer"in köhnə versiyalarında qarşıya çıxırdı. "Script-debugging" və "Script-error-notification" opsiyalarını deaktiv etmək lazımdır.

17. Unable to Locate Host - Veb-sayt çox məşğuldur, qoşulma problemləri var. "Temp" faylları təmizləməklə səhifəni yeniləyib problemi aradan qaldırmaq olur.

// deyerler.org


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.