Facebook demokratiyası

27-08-2010 / 06:08

Sosial şəbəkədə istəmədiyiniz hər kəsi şikayət etmək imkanına sahibsiniz, amma bir nəfər istisnadır

Təhlükəsizlik problemləriylə tez-tez gündəmə gələn dünyanın ən böyük sosial şəbəkəsi facebook-da çox maraqlı bir kəşf olub. Normalda Facebookda hər hansısa istəmədiyin insanı şikayət edə və ya onu əngəlləyə bilərsən. Lakin görünən odur ki, bu qayda Facebook-un idarəediicisi olan Mark Zuckerberge işləmir. İstifadəçilər Mark Zuckerbergi heç bir formada əngəlləyə bilmədiklərini anlayıblar.
Əgər kimsə onu əngəlləmək istəsə \"General block failed error\" yazısı qarşısına çıxır ki, bu halda da istəyin baş tutmur.
Blockzuck.com bu vəziyyəti bütün istifadəçilərinin nəzərinə çatdırır və bu hadisəni protesto etməyə çağırır. Əslində həmin sayt orijinal olaraq təhlükəsizlik problemlərini protesto etmək üçün Facebook istifadəçilərini əngəlləməyə dəvət edir. Amma belə bir problem ortaya çıxdıqda sayt bu çağırışı aktiv bir şəkildə elan etməyə başlayıb.
İndi hər kəs Zuckerberg-in niyə görə əngəlləyə bilmədiklərini öyrənməyə çalışır.

mənbə: qaynar.info

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə