Facebook-dan yeniyetmələr üçün yenilik

24-08-2016 / 11:43

Facebook iPhone istifadəçiləri üçün yeni Lifestage proqramını hazırlayır.

Xebeler.az şirkətə istinadən məlumat verir ki, proqramın köməyi ilə yeniyetmələr dostları ilə bağlı videosüjetləri izləmək imkanı qazanacaq.

Qeyd edək ki, Lifestage proqramını 21 yaşdan aşağı olan istifadəçilər yükləyə biləcək, həmçinin proqram vasitəsilə onlar öz əyləncələri, təhsilləri və s. haqqında kliplər yaradacaqlar.

Mütəxəssislərin fikrincə, yeni proqram yeniyetmələr arasında ünsiyyət dairəsini genişləndirəcək. Onlar qarşılıqlı məlumat mübadiləsi aparacaq, fotoşəkillərini, video kliplərini paylaşacaq və digər xidmətlərdən istifadə edə biləcəklər.

Günel 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə