Facebook şirkəti videozənglər üçün Bonfire əlavəsinin sınaqlarına başlayıb.
Xeberler.az NRYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, yeni servis istifadəçiləri video ünsiyyət qruplarında danışa, Snapchat üslubunda üzlərini maskalaya, eləcə də Instagram, Facebook və Messenger vasitəsilə ekrandan çəkilən şəkilləri (screenshot) mübadilə edə bilərlər.
Məlumata görə, hazırda əlavədən yalnız Danimarkanın iOS platformalı qurğu istifadəçiləri yararlana bilərlər.
Facebook nümayəndələrinin sözlərinə görə, Bonfire hələlik məhdud auditoriya üçün test mərhələsindədir. Bununla yanaşı, şirkət təmsilçiləri yeni xidmət barədə ətraflı məlumat verməkdən imtina ediblər.
Əlavə Facebook Messenger istifadəçiləri ilə əlaqə qurmağa imkan verir. Bundan başqa, dəvət olunmuş həmsöhbətlər video ünsiyyətə proqramı quraşdırmadan qoşula bilərlər.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri