Beynəlxalq məşhur mesajlaşma proqramı Line markalarla istifadəçiləri bir araya gətirən və bir-biriləri ilə ünsiyyət qura bilmələrinə imkan verən “LINE @“i yayımlayıb.
“LINE @” vasitəsilə şirkətlər korporativ hesab aça biləcəklər və pərəstişkarları ilə, müştərilərlə və yeni qazanmaq istədikləri istifadəçilərlə platforma üzərindən ünsiyyət qurub bildirişlər, reklamlar və kampaniyalar paylaşa biləcəklər. Line proqramını istifadə edən hər kəs yeni üzvlüyə ehtiyac duymadan proqrama daxil ola bilirlər. “LINE @“i Facebook-un rəsmi markalar səhifəsinin bir az özəlləşdirilmiş versiyası olaraq düşünə bilərik.
Proqram hal-hazırda iOS və Android platformasında mövcuddur, eyni zamanda markalar və şirkətlər skaner vasitəsilə də xidmətdən istifadə edə bilərlər.
İstifadəçilər istəklərini, şikayətlərini markalara xüsusi mesaj yoluyla göndərə biləcəklər. Line xidmətdən istifadə üçün iki fərqli üzvlük məlumat modelinə sahibdir. İstnilən hər kəs ayda 1000 mesaj göndərilməsi ilə məhdudlaşdırılmış pulsuz üzvlükdən istifadə edə bilərkən, aylıq 50.000 mesaj göndərə biləcəyiniz ödənişli üzvlüyün qiyməti isə 50 dollardır. Həmçinin markalar rəsmi “LINE @” hesabları üçün isə illik 24 dollar ödəmək məcburiyyətindədirlər.
Sevil Rəsulzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri