Gəncədə özəl provayder xidmət göstərə bilmir-Problem

03-08-2016 / 16:25

Gəncədə uzun illərdir fəaliyyət göstərən CNC.AZ MMC provayderinin xidmətində problemlər yaranıb. 

Xeberler.az-ın əldə etdiyi məlumata görə, provayder ilə Gəncə Telekommunikasiya İdarəsi arasında ciddi problemlər yaşanır.

Məlumata görə, Gəncə Telekommunikasiya İdarəsi bu provayderin 360-a qədər abunəçisini xətdən ayırıb.

İdarə tərəfindən provayderə məlumat verilib ki, bundan sonra artıq onların telekommunikasiya infrastruktrundan istifadə edə bilməzlər.

Qeyd edilib ki, artıq bu xidməti Telekommunikasiya İdarəsi özü həyata keçirəcək.

Məlum olduğu kimi, bölgədə əsas internet təchizatçısı olaraq Aztelekom.net  dövlət provayderi fəaliyyət göstərir. Ona görə də hazırda CNC provayderi istifadəçilərinə xidmət göstərə bilmir.

Qeyd edək ki, CNC provayderi 2008-ci ildən Gəncədə fəaliyyət göstərir. 

Məsələ ilə bağlı Gəncə Telekommunikasiya İdarəsindən məlumat almaq istəsək də, mümkün olmadı.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.