Previous Next
Bağla

Azərbaycanda uçota durmayan internet provayderi cərimələnib

10-08-2023 15:23
Azərbaycanda uçota durmayan internet provayderi cərimələnib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) istehlakçı şikayəti əsasında Abşeron rayonu, Xırdalan şəhərində “BHS Fiber” adı altında fəaliyyət göstərən “Netim Telekom” MMC internet provayderinin uçotadurma qaydalarını pozduğunu müəyyən edib.

Bu barədə Agentlikdən bildirilib.

Məlumata görə, provayderin təqdim etdiyi xidmətdən narazı qalan istehlakçının şirkətin rəsmi adını müəyyən edə bilməməsi və şirkətlə əlaqə saxlamaqda yaranmış çətinliklər onun haqlı narazılığına səbəb olub, şikayəti əsasında araşdırma zamanı provayderin uçota alınmaması aşkar edilib, onun hüquqi məlumatları müəyyən edilib. İnternet provayder uçotadurma qaydalarını pozduğuna görə barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokolun tərtib edilməsi təmin edilib və məhkəmənin müvafiq qərarı ilə barəsində inzibati cərimə tənbehi tətbiq edilib.

"Telekommunikasiya sahəsində tənzimləmə və nəzarətin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsinə dair tədbirlər çərçivəsində İKTA telekommunikasiya istehlakçılarına müraciət edərək gələcəkdə bu cür hallarla qarşılaşdıqları təqdirdə bu link vasitəsilə uçota alınmış operator və internet provayderlərin siyahısında xidmət provayderinin adının olub-olmamasını dəqiqləşdirmələrini tövsiyə edir. Qurum telekommunikasiya bazarında tənzimləmə işlərinin həyata keçirilməsi və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması, uçota durmaq istəyən internet provayder və operatorlara metodiki dəstəyin göstərilməsi istiqamətində tədbirləri bundan sonra da davam etdirəcək", - deyə Agentlik bəyan edib.

İKTA -nın nizamnaməsi ölkə Prezidentinin 21 oktyabr 2022-ci il tarixli fərmanı ilə təsdiqlənib. Agentlik informasiya kommunikasiya texnologiyaları (İKT) və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir. (Report)

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda 107 internet operator və provayder uçota alınıb

02-06-2023

Azərbaycanda uçota alınan operator və internet provayderinin sayı 6 faiz artıb

05-09-2023

Azərbaycanda üç provayderin uçotu ləğv olundu

25-01-2024

Uçota alınan internet provayderlərin sayı artdı

23-02-2024

Azərbaycanda uçota alınan telekommunikasiya operator və provayderlərinin sayı 163-ə çatdırılıb

24-07-2024

İKTA: “Premiumnetaz”ın uçotu ləğv edilib

13-01-2026

CityNet Azərbaycanda ilk dəfə 10 Gbit/s internet sürəti təqdim edir

29-07-2023

İnternet provayderi seçmək hüququnun pozulması ilə bağlı 17 müraciət həllini tapıb

05-06-2025

Azərbaycanda internet provayderi cərimələnib

23-01-2026

Provayderlərə xəbərdarlıq edildi

28-02-2024

Azərbaycanda 129 operator və internet provayderin uçota alınması təmin edilib

21-07-2023

Hesabatlılıqdan yayınan provayderlər cərimələnib

16-04-2024

İnternet istifadəçilərilə bağlanan müqavilə şərtlərinə yenidən baxılır

16-02-2024

İKTA operator və provayderlərə düzgün hesabatlılığın aparılması ilə bağlı təlim keçib

05-02-2024

Azərbaycanda iki internet provayderi cərimələnib

15-03-2024

İnternet operator və provayderlərinin fəaliyyəti müzakirə olunub

22-05-2023

İKTA 2023-cü il üzrə hesabatını açıqlayıb

09-04-2024

Azərbaycanda internet provayderlərinin uçotuna başlanılıb

28-03-2023

İKTA: Çoxmənzilli bina sakinlərinin operator və provayderləri sərbəst seçmək hüququ təmin edilməlidir

20-02-2025

İKT sektorunun tənzimləyici qurumu yeni şikayət sistemi yaradıb

15-11-2023

İKTA 2024-cü il üçün hesabatını açıqlayıb

03-03-2025

İKTA 2025-ci il üçün hesabatını açıqlayıb

17-02-2026

Azərbaycanın internet provayderləri İKTA-ya Dünya Bankının tələblərinə uyğun hesabat verəcək

30-08-2023

İKTA operator və provayder əməkdaşları üçün təlim təşkil edib

27-05-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə