Previous Next
Bağla

Delta Telecom SAZZ provayderini məhkəməyə verdi

23-05-2017 12:19
Delta Telecom SAZZ provayderini məhkəməyə verdi

Məlumat verdiyimiz kimi, uzun müddətdir provayderlər ilə ölkənin əsas internet təchizatçısı Delta Telecom arasında ciddi problemlər yaşanır.

Xəbər verdiyimiz kimi, yerli provayderlərin Delta Telecom-a külli miqdarda borcu yaranıb. Bu səbəbdən də adı çəkilən şirkət beynəlxalq telekommunikasiya operatorları ilə ödənişləri edə bilmədiyindən ölkədə internetin kəsilməsi ehtimalı yaranıb.

Neçə müddətdir ki, Delta Telecom provayderlərə xəbərdarlıq edir ki, borclarını ödəsinlər. Hətta şirkət bir sıra provayderlərin internetini kəsmək məcburiyyətində qaldığını və məhkəməyə müraciət edəcəklərini bildirmişdi.

Qeyd etdiyimiz kimi, Delta Telecom CityNet provayderini də məhkəməyə vermişdi. Xeberler.az bu məsələ ilə bağlı araşdırmalar apararkən provayderlərin əksəriyyəti həqiqətən də borclarının olduğunu və ödəməyə çalışdıqlarını bildirmişdi.

Yerli provayderlərin Delta Telecom-a bütövlükdə 30- 40 milyona yaxın borcu olduğu bildirilir.

Məlumata görə, təkcə dörd dövlət provayderinin Delta Telecom-a 10 milyon manatadək borcu yaranıb. Yalnız Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (Bakİnternet provayderi) Delta-ya 7-8 milyon borcu olduğu qeyd edilir.

Xeberler.az-ın əldə etdiyi məlumata görə, Delta Telecom AzQtel (SAZZ) provayderini də məhkəməyə verib.

Qeyd edək ki, bu provayderin şirkətə 3 milyon manatadək borcu olduğu bildirilir.

Məlumdur ki, istifadəçilər provayderlərdən interneti xidmətini müqavilə əsasında alırlar. Ödəniş olmadığı təqdirdə internet xidməti dərhal bağlanır. Belə olduğu halda provayderlərin milyonlarla borclarının yaranması düşündürücü məqamlardandır.

Ekspertlər, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) və digər aidiyyatı qurumlar tərəfindən bu məslənin ciddi olaraq araşıdırılmasının vacibliyini bildirsələr də, hələlik bu məsələ də öz həllini tapmayıb.

Xatırladaq ki, bir müddət öncə Delta Telecom 10 provayderi məhkəməyə verəcəyi barədə xəbərdarlıq etmişdi.

Məlumat verdiyimiz kimi, Delta Telecom  ilə provayderlər arasında olan bu probelmin ölkədə son dövrlərdə internetin keyfiyyətinin pisləşməsinə təsir edən əsas amillərdən biri olaraqqeyd edilir.Trafiki, internet sürətini artırmaq gücündə olmayan, bunu etmək istəməyən provayderlər məlum “çəkidə aldatma” yolu ilə istifadəçilərə müqavilələrdə nəzərdə tutulan sürəti vermir.

Delta Telecom da problemin provayderlərdə olduğunu iddia edir.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Delta Telecom provayderləri məhkəməyə verəcək

Delta Telecom provayderləri məhkəməyə verəcək

12-01-2016
Nazirliyin Delta Telecom-a 8 milyondan çox borcu var- Rəsmi

Nazirliyin Delta Telecom-a 8 milyondan çox borcu var- Rəsmi

04-08-2016
Delta Telecom-un provayderlərlə borc qalmaqalı nə yerdə qaldı?

Delta Telecom-un provayderlərlə borc qalmaqalı nə yerdə qaldı?

29-12-2015
 Delta Telecom provayderlərin internetini kəsəcək, yoxsa məhkəməyə müraciət edəcək?

Delta Telecom provayderlərin internetini kəsəcək, yoxsa məhkəməyə müraciət edəcək?

14-01-2016
 “10 provayderi məhkəməyə verməyə hazırlaşırıq”

“10 provayderi məhkəməyə verməyə hazırlaşırıq”

21-02-2017
Delta Telecom şirkəti Azərbaycanda mobil WiMAX üçün tarifləri müəyyənləşdirib

Delta Telecom şirkəti Azərbaycanda mobil WiMAX üçün tarifləri müəyyənləşdirib

25-12-2009
Delta Telecom-un interneti yenə yoxa çıxa bilərmi?

Delta Telecom-un interneti yenə yoxa çıxa bilərmi?

25-12-2015
 “Çəkidə aldadan” provayderlər məlum olacaq –Yeni xidmət

“Çəkidə aldadan” provayderlər məlum olacaq –Yeni xidmət

04-03-2016
Azərtelekom provayderlərin internet trafikini niyə açıqlamır?

Azərtelekom provayderlərin internet trafikini niyə açıqlamır?

07-12-2016
Delta Telecom mobil rabitə xidməti göstərəcək

Delta Telecom mobil rabitə xidməti göstərəcək

23-09-2015
Delta Telecom provayderlərin həftəlik və aylıq statistikasını təqdim edib

Delta Telecom provayderlərin həftəlik və aylıq statistikasını təqdim edib

14-03-2016
Ölkədə internetin keyfiyyəti niyə pisləşib?

Ölkədə internetin keyfiyyəti niyə pisləşib?

20-04-2016
CityNet artıq Delta Telecom-dan internet almır

CityNet artıq Delta Telecom-dan internet almır

07-04-2016
Delta Telecom  24,6 milyon dollar həcmində LTE avadanlıq alır

Delta Telecom 24,6 milyon dollar həcmində LTE avadanlıq alır

26-12-2015
Kiberhücumlardan qorunmaq üçün təhlükəsizlik sistemi hazırlanıb

Kiberhücumlardan qorunmaq üçün təhlükəsizlik sistemi hazırlanıb

15-10-2019
Data Plus da Delta Telecom-dan ayrılıb?

Data Plus da Delta Telecom-dan ayrılıb?

01-11-2017
Azərbaycanda internetin keyfiyyəti niyə pisləşib?

Azərbaycanda internetin keyfiyyəti niyə pisləşib?

20-05-2017
Delta Telecom ilin sonundan mobil rabitə xidməti göstərəcək

Delta Telecom ilin sonundan mobil rabitə xidməti göstərəcək

30-09-2015
Provayderlər qiymətləri qaldırdı

Provayderlər qiymətləri qaldırdı

25-01-2016
Azərbaycana daxil olan internet trafikin sürəti artıb

Azərbaycana daxil olan internet trafikin sürəti artıb

07-02-2012
Azərbaycan internetində nə baş verib?

Azərbaycan internetində nə baş verib?

04-08-2016
 CityNet digər provayderlərin xidmətini bloklayır-Texnoloji senzura

CityNet digər provayderlərin xidmətini bloklayır-Texnoloji senzura

08-10-2016
«Delta Telecom» şirkəti DATA mərkəzinin yaradılmasını başa çatdırır

«Delta Telecom» şirkəti DATA mərkəzinin yaradılmasını başa çatdırır

27-02-2009
“Doğma provayderlər” interneti kimdən pulsuz alırmış?

“Doğma provayderlər” interneti kimdən pulsuz alırmış?

28-12-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə