Gənclər Bakcell şirkətində təcrübəyə başlayıblar

13-07-2015 / 17:37

Bakcell şirkətinin təşkil etdiyi Smart Start proqramı çərçivəsində seçim prosesindən uğurla keçən gənclər şirkətdə təcrübə keçməyə başlayıblar.

Şirkətdən Xəbərlər-ə verilən məlumata görə, tələbə və məzunlar üçün nəzərdə tutulmuş 2 aylıq proqramın məqsədi karyerasında ilk addımlarını atmağa başlayan 18-25 yaş arası gəncləri şirkətin iş mühiti ilə tanış etmək, praktiki biliklər təqdim etmək və işə hazırlıq bacarıqlarını inkişaf etdirməkdir.

Gənclər arasında Smart Start proqramında iştirak etmək üçün 1200 nəfərdən çox müraciət daxil olub və seçim prosesindən müvəffəqiyyətlə keçən 32 nəfər təcrübə proqramında iştirak hüququ qazanıb. İştirakçılar insan resursları, informasiya texnologiyaları, hüquq, texniki, mühasibatlıq, marketinq, müştəri xidmətləri, təchizat və logistika, tənzimləmə və dövlət qurumları ilə iş, korporativ satış, biznes texnologiyaları, pərakənda satış və distribusiya şöbələrində təcrübə keçməyə başlayıblar.

Təcrübə keçənlər arasında Bakcell şirkətinin Korporativ Sosial Məsuliyyət proqramının tərəfdaşı olan SOS uşaq kəndlərindən də 3 nəfər gənc var. Qeyd edək ki, SOS uşaq kəndləri ilə uzunmüddətli əməkdaşlıq çərçivəsində təşkilatın himayəsində olan uşaqlar daim diqqət mərkəzində saxlanılır və Bakcell tərəfindən həyata keçirilən müxtəlif layihə və tədbirlərdə aktiv şəkildə iştirak edirlər.

Təcrübə müddətində iştirakçılar şirkətin mütəxəssisləri arasından seçilən təcrübə rəhbərləri vasitəsilə müvafiq bilik və bacarıqlara yiyələnərək şirkətin ümumi strukturunu və iş prinsiplərini, öyrənir,  eyni zamanda  karyera planlaşdırılması, biznes etikasi, vaxtın səmərəli bölgüsü, effektiv kommunikasiya, özünü kəşfetmə, əməyin təhlükəsizliyi və ətraf mühit, sağlamlıq və digər mövzularda təşkil olunan təlimlərdə iştirak edirlər.

“Bakcell gənclərin məşğulluğu probleminin həllinə dəstək olmağa çalışır. Yerli universitetlərlə yanaşı xaricdə təhsil alan tələbələrin də Smart Start vasitəsilə öz vətənlərində təcrübə keçmələri bizi xüsusilə sevindirir. Gənclər müasir iş həyatının tələblərinə cavab verən praktiki biliklərə yiyələnməklə yanaşı yay tətillərini səmərəli keçirmək üçün lazımi şəraitə malik olmalıdırlar. Gənclərin peşəkar təcrübə üçün Bakcell şirkətini seçməsindən qürur duyuruq”, deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib.  

Qeyd edək ki, 2014-cü ildə  keçirilən Smart Start proqramında iştirak edən 22 nəfər gəncdən proqramı uğurla başa vuran 6 nəfər Bakcell tərəfindən daimi iş yeri ilə təmin olunub.

Proqramda təcrübə müddəti 2 ay olmaqla, həftədə 5 tam iş günüdür. Proqram iştirakçıları nəqliyyat və qida xərclərini qarşılamaq məqsədilə 2 ay müddətində Bakcell-dən təqaüd alırlar. Proqramın sonunda gənclər proqramda iştirak haqqında sənədlə təmin olunurlar.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.