Google Play-də kitablarla bağlı yeni bölmə

25-01-2018 / 15:28

Google korporasiyası Google Play onlayn mağazasında audiokitablar bölməsini istifadəyə verib.

45 ölkədə və 9 dildə əlçatan olan audiokitabları Android və iOS əsasında işləyən mobil qurğular, “Home” “ağıllı” səsgücləndiricisi, “Chromecast” rəqəmsal media pleyeri vasitəsilə dinləmək mümkün olacaq.

Xeberler.az xarici mediaya istindən məlumat verir ki, onların Google Assistant səs köməkçisi ilə inteqrasiyası hələ ki, yalnız ingilis dili üçün əlçatandır.

Audiokitabları münasib qiymətə əldə etmək mümkündür. Bunun üçün abunə olmaq tələb edilmir. İlk dəfə alanlar üçün endirim 50 faiz təşkil edir. İstifadəçilərə ödənişsiz olaraq, kitabdan bir hissəni dinləmək təklif edilir.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.