“Google” şirkəti “Google Music” musiqi mağazasını təqdim edib

17-11-2011 / 23:56
Burada istifadəçilərin “Android Market” vasitəsilə mahnılar ala bilmək imkanı olacaq. İnternet nəhənginin nümayəndələri bildiriblər ki, “EMI Music” və “Sony Music” musiqi şirkətləri daxil olmaqla, 1000-dən artıq şirkətlə saziş imzalayaraq 13 milyon musiqi kompozisiyasından istifadə etmək imkanı əldə ediblər. İstifadəçilər mahnını almazdan əvvəl istənilən kompozisiyanın ilk 90 saniyəlik hissəsini dinləmək imkanına malikdirlər.

Qeyd etmək lazımdır ki, hazırda musiqi mağazasından hələlik yalnız ABŞ istifadəçiləri yararlana bilirlər. “Google”-nin musiqi servisinin sınaq versiyası 2011-ci ilin may ayında işə salınıb. Əvvəlcə servisdən yalnız “Android” platforması əsasında işləyən qurğular istifadə etsə də, sentyabrda ondan “iPhone” və “iPad” istifadəçiləri də yararlana bilməyə başlayıb.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə