Google şirkəti nitqi real vaxt rejimində tərcümə edən Pixel Buds simsiz qulaqlıqlarını təqdim edib.
Xeberler.az xarici mediaya istinadən mlumat verir ki, sahibinə əcnəbilərlə ünsiyyət qurmağa kömək edən qulaqlıqlar 40 dilə tərcüməni həyata keçirə biləcək.
Bu funksiya yalnız qulaqlıqlar Bluetooth-interfeys vasitəsilə Google Pixel 2 smartfonuna qoşulduqda əlçatan olur.
Səs köməkçisindən istifadə etmək üçün sağ qulaqlıqda olan sensora toxunmaq və Google Assistant-ın işə düşməsini gözləmək lazımdır. Bundan sonra “Google Assistant”a musiqini qoşmaq, yol göstərmək, zəng vurmaq kimi bir çox əmrlər vermək olar.
İstifadəçi “mənə yapon dilində danışmağa kömək et” dedikdə və ingilis dilində danışmağa başladıqda smartfonun səsgücləndiricisi onun sözlərini yapon dilində səsləndirəcək. Həmsöhbətin tərcümə edilmiş cavabı isə qulaqlıqlarda eşidiləcək.
Şirkət nümayəndələri aksessuarı nümayiş etdirdikdə tərcümə zamanı heç bir ləngimə müşahidə olunmayıb. Lakin hələ ki, qulaqlıqların real şəraitdə (fondakı səs-küy və digər çətinliklər zamanı) necə işləyəcəyi məlum deyil.
Xüsusi keysdə enerji toplayan və saxlanılan Pixel Buds artıq ilkin sifariş üçün Google mağazasının veb-saytında əlçatandır. Noyabr ayında satışa çıxarılacaq qulaqlıqların qiyməti 159 ABŞ dolları təşkil edəcək.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri