Google Play-də yeni virus yayılıb

24-07-2017 / 15:47

Google Play-də olan yüzlərlə mobil tətbiq BankBot adlı troyan virusuna yoluxub.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, Dr. Web antivirus şirkətinin mütəxəssislərinin sözlərinə görə, Virus istifadəçinin SMS bildirişlərini izləyir, bank kartı məlumatlarını oğurlayır və WhatsApp, Viber, Snapchat, Instagram və s. kimi əlavələri nəzarətdə saxlayır.

Mütəxəssislər bildirib ki, BankBot yükləndikdən sonra proqramın yarlığını silir, lakin fon rejimində fəaliyyət göstərməyə davam edir.

Dr. Web-in hesablamaları göstərir ki, hazırda Google Play mağazasında mövcud olan təxminən 400 tətbiq BankBot-a yoluxub.

Hazırda virusa daha çox Böyük Britaniya və ABŞ-dan olan istifadəçilərin mobil cihazları yoluxub.

Günel


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.