“Gündəlik Bakı” qəzeti appellyasiya məhkəməsində qalib gəlib

10-10-2009 / 13:00

8 oktyabr  Bakı Apellyasiya Məhkəməsində hakim Cəmilə Səfiyevanın sədrliyi ilə “Hacı Mazan” MMC-nin təsisçisi Ramazan Zeynalovun “Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyevə qarşı şərəf və ləyaqətin müdafiəsi ilə bağlı qaldırdığı iddiaya baxılıb. İddiaya əsasən Yasamal rayon məhkəməsinin çıxardığı qərardan iddiaçı tərəfin verdiyi apellyasiya şikayəti üzrə keçirilən prosesdə qərar çıxarılıb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) qəzetin təsisçisi və baş redaktoru Habil Vəliyev məlumat verib.

H.Vəliyevin sözlərinə görə, hakim C. Səfiyeva  apellyasiya şikayətinin təmin edilməməsi və Yasamal rayon Məhkəməsinin 20 aprel 2009-cu il tarixli  qərarının dəyişdirilmədən saxlanılması barədə qərar  çıxarıb.

Xatırladaq ki, Ramazan Abdullayev "Gündəlik Bakı" qəzetinin 14 yanvar 2009-cu il tarixli sayında dərc olunmuş "Cənubdakı Narkotik Marşurutu" və 22 yanvar 2009-cu il tarixli sayında dərc olunmuş "Cənubdakı Narkotik Marşurutu-2" başlıqlı məqalələrə görə Yasamal rayon məhkəməsinə müraciət etmişdi. İddiaçı tərəf üzr istənilməsini, təkzib verilməsini və mənəvi zərərə görə “Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyevdən 300000 (üç yüz min) AZN tutularaq şirkətə ödənilməsini  istəmiş, lakin Yasamal rayon məhkəməsi iddianı təmin etməmişdi.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.