“Hər gün 5 milyondan çox Uber səyahəti gerçəkləşir”

19-10-2016 / 16:56

“Türkiyəyə gələn turistlərin demək olar ki, hamısı Uber xidmətindən istifadə edir”.

Xeberler.az-ın məlumatına görə, bunu Uber-in Türkiyə  üzrə ölkə direktoru  Neyran Bahadırlı hazırda keçirilən Webrazzi Summit-də deyib.

Uber xidmətinin Türkiyədə 2014-cü ildə yarandığını xatırladan Bahadırlı son  zamanlar bu xidmətin ölkədə daha geniş yayıldığını vurğulayıb.

Onun sözlərinə görə, bu gün Uber Türkiyədə də daxil olmaqla 470 şəhərdə və 70-dən çox ölkədən fəaliyyət göstərir.

Neyran Bahadırlı Türkiyədə  Uber-də 2 mindən çox sürücünün qeydiyyatdan keçdiyini deyərək bu texnologiyanın ölkənin iqtisadiyyatına böyük təsiri olduğunu deyib.

Şirkət rəsmisi demək olar ki, 70 ölkədən Türkiyəyə səhayət edən bütün turistlərin Uber xidmətini tərcih etdiyini deyib.

Bahadırlı qeyd edib ki, Türkiyə bazarında potensial olduğu üçü Uber üçün maraqlıdır.

O, Türkiyənin həm texnoloji, həm də iqtisadi baxımdan sürətlə inkişaf edən ölkə adlandırıraq, Uber üçün ən yaxşı bazarlardan olduğunu deyib.

O, Uber-ə aid bəzi statistik məlumatları da paylaşıb.

Neyran Bahadırlının sözlərinə görə, dünyada 50 milyon aktiv Uber istifadəçisi var və hər gün 5 milyondan çox  Uber səyahəti gerçəkləşir.

Neyran Bahadırlı Türkiyədə Uber-in yeni veb  saytının- Ubertürkiye.com-un yaradıldığını da tədbirdə elan edib.

O qeyd edib ki,  yeni veb saytda artıq həm sürücülər, həm də istifadəçilər Uber-in xidmətlərindən rahat və geniş istifadə edə biləcək.

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.