Hesablama Palatasının saytı yeni dizaynda

03-12-2015 / 21:19

Hesablama Palatasının rəsmi internet səhifəsi yeni dizaynda və yeni www.sai.gov.az  adı ilə fəaliyyətə başlayıb.

Palatadan Xeberler.az-a bildirilib ki, yeni saytda Hesablama Palatasının fəaliyyət istiqamətləri ilə bağlı dolğun məlumatlar, qurumun ötən illər üçün rəyləri, fəaliyyəti üzrə hesabatlar, keçirilmiş kollegiya iclasları və müxtəlif tədbirlərlə bağlı yazılar ictimaiyyətə təqdim olunub.

Saytda başa çatmış audit tədbirlərinin nəticələri, həmçinin Hesablama Palatasının ev sahibliyi edəcəyi beynəlxalq tədbirlərlə bağlı məlumatlar, eyni zamanda, qurumda potensialın gücləndirilməsi istiqamətində həyata keçirilmiş layihələr və beynəlxalq əməkdaşlıq istiqamətləri üzrə materiallar da yer alıb.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə