Previous Next
Bağla

İnformasiya texnologiyalarının auditi təlim proqramı tamamlanıb

11-04-2019 10:06
İnformasiya texnologiyalarının auditi təlim proqramı tamamlanıb

Hesablama Palatasının əməkdaşları ASOSAI təşkilatı tərəfindən təşkil edilmiş “İnformasiya texnologiyalarının auditi” mövzusunda və 2018-2019-cu illəri əhatə edən beynəlxalq təlim proqramını tamamlayıb.

Xeberler.az  bildirir ki, təlim proqramı nəzəri və praktiki hissələrdən ibarət olub.

2018-ci ilin fevral ayında başlayaraq həftə davam etmiş nəzəri hissə məsafədən elektron təlim aləti vasitəsilə keçirilib. Bu hissədə Asiya regionuna aid Ali Audit qurumunun 70-dən artıq təmsilçisi iştirak edib. Hər bir AAQ-ın heyəti modul üzrə hazırlıqlardan keçib. Bunlar aşağıdakılardır:

Modul 1 – Audit zamanı informasiya texnologiyalarının tətbiqi, daxili nəzarət sistemi və əlaqəli risklər ilə tanışlıq;

Modul 2 – İT auditi prosesi və audit planlaşdırması matrisi;

Modul 3 – İT idarəçiliyi;

Modul 4 – İT satınalması və hazırlanması;

Modul 5 – İT əməliyyatları, saxlanma və dəstək;

Modul 6 – “Big data” və məlumat təhlili ilə tanışlıq;

Modul 7 – Audit planının hazırlanması.

Hesablama Palatasının heyəti qeyd edilən modullar üzrə təlimi bitirmiş və təşkilatçılar tərəfindən aparılmış qiymətləndirmə əsasında növbəti mərhələyə keçməyə müvəffəq olub. Təlim proqramının növbəti mərhələsi olaraq pilot İT auditinin aparılması nəzərdə tutulub. Bununla əlaqədar heyət üzvləri tərəfindən risk qiymətləndirilməsi əsasında audit olunmalı qurum və orada istifadə edilən informasiya sistemi seçilib. Daha sonra müvafiq audit planı hazırlanmış və onun xarici həmkarlarla müzakirəsi üçün Hesablama Palatasının heyəti 2-6 iyul 2018-ci il tarixlərində Türkiyə Hesablama Məhkəməsinin ev sahibiliyi ilə Ankara şəhərində keçirilmiş görüşdə iştirak edib. Görüş zamanı hər bir audit planı həmkar təşkilat təmsilçisi tərəfindən nəzərdən keçirilib və yekun planlar üzrə pilot auditlərin aparılması qərara alınıb.

Təlim proqramının sonuncu mərhələsində keçirilmiş pilot auditlərin nəticələrinin müzakirəsi nəzərdə tutulub.

Bu məqsədlə Banqkokda hər bir ölkənin AAQ-nın audit heyətlərinin rəhbərlərinin regional görüşü keçirilib. Taylandın Dövlət Auditi Ofisinin ev sahibliyi ilə keçirilmiş görüşdə 25-ə yaxın ölkə təmsil olunub. Hesablama Palatasının təmsilçisi daxil olmaqla bütün iştirakçılar keçirilmiş auditlər və onların nəticələri barədə məlumat verib. Görüşdə informasiya texnologiyalarının auditinin keçirilməsi zamanı rast gəlinən çətinliklər və onlarla bağlı çıxış yolları müzakirə edilib. Bundan əlavə, müasir dövrdə audit fəaliyyəti çərçivəsində məlumatların təhlili texnikaları, iri həcmli məlumatlardan (“Big Data”) istifadə üsulları, məlumatların təhlilində vizuallaşma və s. məsələlər ətrafında fikir və təcrübə mübadiləsi aparılıb.

ASOSAI təşkilatının Potensialın Artırılması Proqramının dəstəyi ilə keçirilmiş təlim proqramının yekununda iştirakçılar “İT auditi” üzrə beynəlxalq sertifikatlar ilə təltif olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Bakıda ASOSAI və ARABOSAI yüksək səviyyəli toplantıları keçirilir

Bakıda ASOSAI və ARABOSAI yüksək səviyyəli toplantıları keçirilir

17-07-2025
Rusiyanın Hesablama Palatası ilə  videokonfrans keçirilib

Rusiyanın Hesablama Palatası ilə videokonfrans keçirilib

17-04-2019
Özbəkistanda 15 yeni süni intellekt əsaslı risk təhlili istiqaməti tətbiq ediləcək

Özbəkistanda 15 yeni süni intellekt əsaslı risk təhlili istiqaməti tətbiq ediləcək

17-06-2026
 Hesablama Palatası Azərkosmos-u yoxlayıb

Hesablama Palatası Azərkosmos-u yoxlayıb

04-05-2018
Dövlət Auditi İnformasiya Sisteminin qurulması üzrə son vəziyyət açıqlanıb

Dövlət Auditi İnformasiya Sisteminin qurulması üzrə son vəziyyət açıqlanıb

24-02-2026
Hesablama Palatasının saytı yeni dizaynda

Hesablama Palatasının saytı yeni dizaynda

03-12-2015
Azərkosmos audit şirkətinə 144 min manat ödəyəcək

Azərkosmos audit şirkətinə 144 min manat ödəyəcək

23-02-2019
Təhsil sisteminin informasiyalaşdırılmasında çatışmazlıqlar aşkar edilib

Təhsil sisteminin informasiyalaşdırılmasında çatışmazlıqlar aşkar edilib

22-04-2026
Dövlət qurumunun saytı yeni adla fəaliyyətə başladı

Dövlət qurumunun saytı yeni adla fəaliyyətə başladı

07-12-2015
Bəzi audit tədbirləri elektron formada olacaq

Bəzi audit tədbirləri elektron formada olacaq

11-05-2018
Azərbaycanda İT auditinin aparılması təklif olunur

Azərbaycanda İT auditinin aparılması təklif olunur

21-04-2026
“AzInTelecom” Elm və Təhsil Nazirliyinə İT audit və Kibertəhlükəsizlik üzrə konsultinq xidməti göstərib

“AzInTelecom” Elm və Təhsil Nazirliyinə İT audit və Kibertəhlükəsizlik üzrə konsultinq xidməti göstərib

31-01-2023
Dövlət Mülki Aviasiya Agentliyinin nümayəndə heyəti  ICAO-nun simpoziumunda iştirak edib   

Dövlət Mülki Aviasiya Agentliyinin nümayəndə heyəti ICAO-nun simpoziumunda iştirak edib  

01-07-2022
İlk innovasiya auditi keçirilib

İlk innovasiya auditi keçirilib

02-02-2020
Azərbaycan və Misir süni intellektin auditdə tətbiqini müzakirə edib

Azərbaycan və Misir süni intellektin auditdə tətbiqini müzakirə edib

30-10-2025
“Baker Tilly” Azərkosmos-un auditini 79 min manata aparacaq

“Baker Tilly” Azərkosmos-un auditini 79 min manata aparacaq

12-12-2022
 İnformasiya Texnologiyaları İnstitutunda nöqsanlar aşkarlanıb

İnformasiya Texnologiyaları İnstitutunda nöqsanlar aşkarlanıb

24-07-2017
“AzInTelecom” MMC İnformasiya təhlükəsizliyinin auditi və konsaltinqi xidmətini təqdim edir

“AzInTelecom” MMC İnformasiya təhlükəsizliyinin auditi və konsaltinqi xidmətini təqdim edir

07-07-2022
“Startup School 3” layihəsində təlim sessiyaları başa çatıb

“Startup School 3” layihəsində təlim sessiyaları başa çatıb

16-09-2025
Təhsil Avtobusu-2018 yay məktəbinin təşkilatçıları Bakcell-i mükafatlandırdı

Təhsil Avtobusu-2018 yay məktəbinin təşkilatçıları Bakcell-i mükafatlandırdı

15-10-2018
 Azərbaycan Türkiyəyə 20 müasir modul ev göndərib

Azərbaycan Türkiyəyə 20 müasir modul ev göndərib

15-02-2023
İT və İT təhlükəsizlik üzrə ekspert qrupunun növbəti iclası keçirilib

İT və İT təhlükəsizlik üzrə ekspert qrupunun növbəti iclası keçirilib

10-08-2018
Hesablama Palatası: Süni intellekt texnologiyalarının inkişafı ali audit orqanlarının rolunu artırır

Hesablama Palatası: Süni intellekt texnologiyalarının inkişafı ali audit orqanlarının rolunu artırır

25-11-2025
Türkiyə ilə fərdi məlumatların mühafizəsi sahəsində əməkdaşlıq müzakirə edilib

Türkiyə ilə fərdi məlumatların mühafizəsi sahəsində əməkdaşlıq müzakirə edilib

11-04-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə