İnformatika müəllimləri neçə bal toplayıb?

04-08-2017 / 12:32

Məlum olduğu kimi, hazırda ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi davam edir. Belə ki, iyulun 25-dən start verilən imtahanlarda indiyədək 30 minə yaxın namizəd iştirak edib.

Namizədlər 90 dəqiqə ərzində ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırıblar.

Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün müraciət edənlərdən 47 min nəfərə yaxın şəxsin elektron ərizəsi təsdiq edilib.

Xeberler.az-ın məlumatına  görə, İnformatika üzrə iştirak edən 2137 namizədin 37.6%-i (803 nəfər) keçid balını (36+) , onlardan 174 nəfər isə (8.1%) şəhər üzrə keçid balını (48+) toplayıb.

Qeyd edək ki, imtahanlar sabah başa çatır.

Müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir. Namizədlər vakansiya seçimini müsabiqənin test mərhələsindən sonra edə biləcəklər.

Günel


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.