İnnovasiya müsabiqəsinin qalibi olan Bakı Ali Neft Məktəbinin tələbələri təltif olundular

12-12-2018 / 10:04

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri qalibi olduqları İkinci Respublika İnnovasiya Müsabiqəsinin təltifetmə mərasimində iştirak ediblər.

Xeberler.az  bildirir ki,  "ThermoNorth” adlı startup layihələri ilə qalib gələn tələbələrə iqtisadiyyat naziri Şahin Mustafayev tərəfindən sertifikat və müsabiqənin əsas mükafatı - 5000 AZN məbləğındə pul təqdim olunub.

Tədbirdə çıxış edən komanda üzvü Aleksandr Oborovskiy müsabiqənin bütün təşkilatçılarına, xüsusilə İqtisadiyyat Nazirliyinə təşəkkür edib. Daha sonra o "ThermoNorth” startup layihəsinin mahiyyəti və məqsədi haqqında tədbir iştirakçılarına qısa prezentasiya edib, həmçinin layihə üzərində işləyən digər komanda üzvlərini - ali məktəbin tələbəri Elmar Əsgərzadə, Hüseyn Əliyev, Yadigar Nəzərov, Murad Rəhimov və onlara layihə işləmələri zamanı rəhbərlik edən BANM-ın dosenti Əmir Rza Vəxşurini iştirakçılara təqdim edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Milli Elmlər Akademiyası və Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Nümayəndəliyi ilə birgə təşkil edilən müsabiqədə ölkənin gənc tədqiqatçılarının 220-yə yaxın layihəsi təqdim olunmuşdu.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.