Previous Next
Bağla

III Respublika İnnovasiya Müsabiqəsinin maarifləndirici tədbiri baş tutub

14-09-2019 11:12
III Respublika İnnovasiya Müsabiqəsinin maarifləndirici tədbiri baş tutub

Xeberler.az bildirir ki, Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə III respublika innovasiya müsabiqəsinin təşviqi məqsədilə maarifləndirici tədbir keçirilib.

Müsabiqə İqtisadiyyat, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Mədəniyyət nazirlikləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası, “Ernst & Yanq Holdinqs (SiAyEs) Bi.Vi.” şirkətinin Azərbaycandakı filialı və BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyi ilə birgə elan olunub. Müsabiqənin keçirilməsində məqsəd BMT-nin “Dünyamızın transformasiyası: 2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyi”ndən irəli gələn Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqi, innovasiyaların həvəsləndirilməsi, həmçinin “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasının və milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələrinin icrasına dəstək verməkdir.

AMEA-dan bildirilib ki, tədbiri Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov açaraq akademiya rəhbərliyi tərəfindən gənc alimlərin elmi fəaliyyətinin gücləndirilməsi və stimullaşdırılması, o cümlədən sosial şəraitlərinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görüldüyünü söyləyib. Bildirib ki, gənc tədqiqatçılar respublika və beynəlxalq əhəmiyyətli layihə və müsabiqələrdə Azərbaycan elmini layiqincə təmsil edirlər.

Sonra İqtisadiyyat Nazirliyinin şöbə müdiri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov çıxış edərək ölkəmizdə iqtisadiyyatın davamlı inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin və ixrac potensialının artırılması, həmçinin ətraf mühitin mühafizəsinin gücləndirilməsi baxımından innovasiyaların vacibliyini vurğulayıb, müsabiqə qaydalarını gənc tədqiqatçıların diqqətinə çatdırıb.

Qeyd edib ki, müsabiqəyə innovativ ideyaları əks etdirən, iqtisadi səmərəli və həyata keçirilməsi mümkün olan layihələr qəbul olunur. O, müsabiqə çərçivəsində Qiymətləndirmə Komissiyası tərəfindən bəyənilən layihələrin reallaşdırılması və tətbiqi məqsədilə müxtəlif dövlət qurumları, təşkilatlar və sahibkarlıq subyektlərində təbliğatın aparılacağını söyləyib.

İclasda, həmçinin Mədəniyyət Nazirliyinin aparat rəhbərinin müavini Vasif Eyvazzadə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Rəşad Əzizov, həmçinin "Ernst və Yanq Holdinqs (SiAyEs) Bi.Vi." şirkətinin İqlim Dəyişikliyi və Dayanıqlı İnkişaf Xidmətləri üzrə Azərbaycan və Gürcüstandakı rəhbəri Günel Fərəcova çıxış edərək müsabiqənin önəminə toxunub, gəncləri layihədə fəal iştiraka çağırıblar.

Sonda gənc alimlər üçün III respublika innovasiya müsabiqəsinin mərhələləri ilə bağlı videoçarx nümayiş etdirilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Üçüncü Respublika İnnovasiya Müsabiqəsinin qəbul müddəti uzadılıb

07-09-2019

Respublika İnnovasiya Müsabiqəsinə qəbul müddəti uzadılıb

01-08-2019

İqtisadiyyat Nazirliyi Üçüncü Respublika İnnovasiya Müsabiqəsi elan edib

06-05-2019

İkinci Respublika İnnovasiya Müsabiqəsinin qalibləri mükafatlandırılıb

11-12-2018

İnnovasiya Müsabiqəsinin nəticələri açıqlanıb-Foto

22-12-2017

Lənkəranda təşkil edilmiş gənc alimlərin yay düşərgəsi başa çatıb

11-08-2022

Bakı Ali Neft Məktəbinin tələbələri müsabiqənin qalibi oldular

06-12-2018

İnnovasiya müsabiqəsinin qalibi olan Bakı Ali Neft Məktəbinin tələbələri təltif olundular

12-12-2018

Yüksək Texnologiyalar Parkında “İnkubator və Texnologiya Transferi Mərkəzi” fəaliyyətə başlayıb

03-02-2021

İnnovasiya fəaliyyəti və patent məsələsi müzakirə edilib

02-12-2016

Bakıda innovasiya və texnologiya üzrə regional seminar keçirilir

05-07-2018

Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli İzləmə Sistemi hazırlanacaq

19-12-2025

“ASAN xidmət” qabaqcıl təcrübə kimi qiymətləndirilib

18-03-2026

Bakıda gənc alim və tələbələrin III beynəlxalq elmi konfransı keçiriləcək

03-10-2009

Azərbaycanda hər il innovasiya müsabiqəsi keçiriləcək

22-12-2017

“Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar” Forumu təşkil edilib

17-12-2020

İqtisadi islahatlarda İT-nin rolu müzakirə edilib

16-06-2017

Müsabiqə qalibləri mükafatlandırılıb

09-05-2019

"ASAN xidmət" BMT-nin sessiyasında müzakirəyə çıxarılıb

15-04-2026

Bakıda kosmos üzrə beynəlxalq məktəb işinə başlayıb

08-10-2018

İnnovasiya xarakterli elmi tədqiqat işlərinin kommersiyalaşdırılması məqsədilə texnoparkın tikintisinə başlanılacaq

21-11-2013

İnnovasiyalar həftəsində ölkəmizdə innovasiyaların inkişafı üzrə layihələr təqdim edilib

26-10-2018

Kosmosla bağlı müsabiqənin nəticəsi açıqlanıb

16-04-2018

Azərbaycan Qlobal Dayanıqlı Nəqliyyat Forumunda təmsil olunub

07-07-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə