Previous Next
Bağla

UNEC tələbələri Gənc investor 2018 III simulyasiya yarışında ilk üç yerin qalibi oldu

10-12-2018 10:35
UNEC tələbələri Gənc investor 2018 III simulyasiya yarışında ilk üç yerin qalibi oldu

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Bakı Fond Birjasının (BFB) birgə təşkilatçılığı ilə III simulyasiya yarışı keçirilib.

Xeberler.az bildirir ki, "İnkişaf bi(r)likdədir!" devizi altında birja ticarəti üzrə keçirilən "Gənc investor 2018" III simulyasiya yarışında UNEC-in tələbələrindən ibarət komandalar da iştirak edib. Simulyasiya yarışı komandalar arasında master-klass təliminin keçirilməsi və birja simulyatoru ilə əməliyyatların aparılması mərhələsindən ibarət olub. Yarışda 19 komanda maliyyə bazarındakı prosesləri modelləşdirib, qiymətli kağızlarla əməliyyat apararaq virtual gəlirlərini artırıblar.

Müsabiqənin sonunda UNEC-in “Inside Wall Street", “Finans scope” və “Big for” komandaları virtual gəlir məbləğinə görə daha çox mənfəət əldə edərək ilk üç yerin qalibi seçiliblər. I yerin qalibi Beynəlxalq İqtisadiyyat (İSE) məktəbinin maliyyə ixtisası üzrə 2-ci kurs tələbələri Nicat Alışov (kapitan), Qönçə Muradova, Cavid Xasizadə və Nurlan Mahmudovun təmsil olunduğu “Inside Wall Street" komandasını olub. II yeri Beynəlxalq İqtisadiyyat Məktəbinin maliyyə ixtisası üzrə 2-ci kurs
tələbələri Elşad İsmayılov (kapitan), İsa Əlizadə, Tural Kərimov, Elçin Əliyevin “Finans scope” komandası qazanıb. III yerin sahibi olan “Big for” komandasında isə UNEC-in SABAH qrupu İqtisadiyyat (ingilis dilli) ixtisasının 4-cü kurs tələbələri Murad Tağıyev (kapitan), Məhəmməd Xeyirxəbərli, Behbud Məlikov və Gülər Abbasova təmsil olunub.

Simulyasiya yarışının məqsədi fond birjalarının fəaliyyəti ilə gəncləri tanış etmək, tələbələrin biznes sahəsində kommunikativ bacarıqlarını inkişaf etdirmək, investisiya şirkətlərinin vasitəçilik funksiyalarını gənclərə aşılamaq olub. Yarışın qalibləri Bakı Fond Birjasında təcrübə proqramı keçmək hüququ qazanıb. Qalib komandalara kubok və hədiyyələr təqdim olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

UNEC tələbələri “Robotex International 2025” yarışında uğur qazanıblar

17-12-2025

II və III yer üzrə qaliblər təltif olunub

29-05-2022

Tələbələrin İKT bilikləri yoxlanıb

23-12-2015

BANM Tələbələri BankTech Hakatonunda qalib olublar

05-06-2025

“Made in Azerbaijan” biznes ideya müsabiqəsinin qalibləri açıqlandı

22-04-2016

BANM-ın komandası “GreenTech” müsabiqəsinin qalibi oldu!

29-04-2025

BANM tələbələri Azərbaycanı İtaliyada təmsil edəcəklər

23-04-2025

Bakı Ali Neft Məktəbinin komandası müsabiqəsində ikinci yeri tutub

11-07-2019

BANM kibertəhlükəsizlik yarışında qalib oldu

02-10-2024

NASA Space Apps Azerbaijan Hackathonunun qalibləri ilə görüş keçirilib

01-11-2019

UNEC tələbəsinin startapı ölkə üzrə qalib olub

30-07-2020

BANM komandası “PASHA Hackathon 5.0” yarışında qalib olub

21-05-2025

Startap Günləri başa çatdı

30-06-2018

Bakı Ali Neft Məktəbinin tələbələri NASA-nın müsabiqəsində iştirak edəcək

18-10-2021

BANM komandası yenidən NASA-da Azərbaycanı təmsil edəcək

11-10-2022

“Taxt Oyunları” formatlı kiberyarışın qalibi “Cyber Yashma” komandası olub

23-09-2023

Spartakiadanın sonuncu yarışı keçirilib

15-02-2019

“Made in Azerbaijan” biznes ideya müsabiqəsinə başlanıb

10-03-2016

TechFall 2016 Hackathon layihəsinin qalibi açıqlandı

09-11-2016

Bakı Ali Neft Məktəbinin komandası “TEKNOFEST-2024”ün qalibi olub

09-09-2024

Bakı Ali Neft Məktəbinin komandası növbəti dəfə “Teknofest”də qalib oldu

30-09-2024

UNEC tələbələri TEKNOFEST-in finalında yarışacaqlar

09-08-2021

III Robot Olimpiadasının qalibləri müəyyənləşib

08-06-2019

“Game Summit 2026” tədbiri başa çatıb

11-05-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə