Previous Next
Bağla

Respublika İnnovasiya Müsabiqəsinə qəbul müddəti uzadılıb

01-08-2019 17:04
Respublika İnnovasiya Müsabiqəsinə qəbul müddəti uzadılıb

Xeberler.az bildirir ki, İqtisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən Üçüncü Respublika İnnovasiya Müsabiqəsinə geniş ictimaiyyət tərəfindən göstərilən marağı və tədqiqatçıların, innovativ ideyalara malik gənclərin, xüsusilə universitetlərin fəal iştirakının təmin olunmasını nəzərə alaraq, müsabiqəyə layihələrin qəbulu müddəti sentyabr ayının 23-dək uzadılıb.

İqtisadiyyat Nazirliyi BMT-nin “Dünyamızın transformasiyası: 2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyi”ndən irəli gələn Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqi, innovasiyaların həvəsləndirilməsi, həmçinin "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının və Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol xəritələrinin icrasına dəstək məqsədilə hər il keçirir. Müsabiqənin tərəfdaşları Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Mədəniyyət Nazirlikləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası, “Ernst & Young Holdings” şirkətinin Azərbaycandakı filialı və BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyidir.

Müsabiqəyə müxtəlif sahələri əhatə edən layihə və innovativ ideyalar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İdeya Bankı” (www.ideya.az) platforması, http://ric.az/apply/, habelə [email protected] elektron poçtu vasitəsi ilə təqdim edilə bilər. Müsabiqə haqqında ətraflı məlumatı http://ric.az rəsmi internet səhifəsindən əldə etmək olar.

Müsabiqənin qalibləri 1-ci yer üçün 5000 manat, 2-ci yer üçün 3000 manat və 3-cü yer üçün 2000 manat olmaqla mükafatlandırılacaqlar. Müsabiqə qaliblərindən biri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən “Fast Track Azərbaycan” proqramına dəvət olunacaq, 1 layihə Data Mərkəzin “Cloud4Start” mükafatını (3000 manat) – data və cloud servislər paketini əldə edəcək. Bununla yanaşı, 2 qalib komanda bütün xərcləri qarşılanmaqla yanvarın 29-31-də Estoniyada keçiriləcək “sTARTUp Day” proqramında Azərbaycanı təmsil etmək hüququ qazanacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Üçüncü Respublika İnnovasiya Müsabiqəsinin qəbul müddəti uzadılıb

07-09-2019

İqtisadiyyat Nazirliyi Üçüncü Respublika İnnovasiya Müsabiqəsi elan edib

06-05-2019

III Respublika İnnovasiya Müsabiqəsinin maarifləndirici tədbiri baş tutub

14-09-2019

İkinci Respublika İnnovasiya Müsabiqəsinin qalibləri mükafatlandırılıb

11-12-2018

Bakı Ali Neft Məktəbinin tələbələri müsabiqənin qalibi oldular

06-12-2018

İnnovasiya müsabiqəsinin qalibi olan Bakı Ali Neft Məktəbinin tələbələri təltif olundular

12-12-2018

İT üzrə müsabiqə-5 min manat qazanmaq imkanı

18-05-2018

Azərbaycanda hər il innovasiya müsabiqəsi keçiriləcək

22-12-2017

İnnovasiya Müsabiqəsinin nəticələri açıqlanıb-Foto

22-12-2017

ASAN-ın nailiyyətləri BMT-də qiymətləndirilir

22-06-2019

6 ay internetdən pulsuz istifadə imkanı-Müsabiqə

14-12-2017

Elektron hökumətlə bağlı müsabiqə keçirilir

13-11-2017

“ASAN xidmət”in innovasiyaları Azərbaycanın reytinqinə töhfə verir

24-09-2024

“ASAN xidmət” qabaqcıl təcrübə kimi qiymətləndirilib

18-03-2026

Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli İzləmə Sistemi hazırlanacaq

19-12-2025

BMT tədbirində “ASAN xidmət”in qlobal əhəmiyyəti vurğulanıb

01-06-2023

Azərbaycan və Fransa İKT-nin inkişafı ilə bağlı yeni sənədlər imzalayıb

15-03-2017

“Startup Azərbaycan 2015” müsabiqəsində 24 layihə qeydiyyatdan keçib

26-03-2015

Mikayıl Cabbarov: “İnnovasiya gələcəyə baxış prioritetlərimizdən biridir”

13-12-2022

"Aquahack" hakatonunun qalibləri müəyyənləşib

07-07-2020

İnnovasiyalar həftəsində ölkəmizdə innovasiyaların inkişafı üzrə layihələr təqdim edilib

26-10-2018

"Green Hackathon" proqramına qeydiyyatın bitməsinə 1 gün qaldı!

17-10-2024

Elektron Hökumət Portalı müsabiqənin şərtlərini açıqladı

16-01-2015

“Made in Azerbaijan” biznes ideya müsabiqəsinə başlanıb

10-03-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə