Instagram-ın aylıq aktiv istifadəçi sayı 1 milyarda çatır

27-04-2017 / 12:49

Ən sürətli böyüyən sosial şəbəkələrdən biri olan Instagram 700 milyon aylıq aktiv istifadəçiyə çatdı.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, hələ dekabr ayında 600 milyonu keçən Instagram təxminən 4 ay içində 100 milyon yeni istifadəçi qazanıb.

Snapchat-a oxşar "Hekayələr” xüsusiyyətini istifadəyə təqdim etdikdən sonra sürətlənərək  böyüməyə davam Instagram qısa müddət 1 milyard istifadəçiyə çata bilər.

2012-ci ildə Facebook tərəfindən satın alındıqdan sonra sürətlə böyüyən Instagram-ın Messenger (1.2 milyard istifadəçi), WhatsApp (1.2 milyard istifadəçi) və Facebook-dan (1.8 milyard istifadəçi) sonra 1 milyard istifadəçini keçən 4  Facebook şirkətindən biri olması gözlənilir.

Instagram-ın inkişaf yolu belə oldu:

Oktyabr 6, 2010 - Yaradıldı

Fevral 26, 2013 - 100 milyon istifadəçi - 28 ay

Mart 25, 2014 - 200 milyon istifadəçi - 13 ay

Dekabr 10, 2014 - 300 milyon istifadəçi - 9 ay

Sentyabr 22, 2015 - 400 milyon istifadəçi - 9 ay

İyun 21, 2016 - 500 milyon istifadəçi - 9 ay

Dekabr 15, 2016 - 600 milyon istifadəçi - 6 ay

Aprel 26, 2017 - 700 milyon istifadəçi - 4 ay

Günel

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə