Twitter-in həmtəsisçisi Evan Uilyams “Fortune” jurnalına müsahibəsində deyib ki, Instagram-ın auditoriyasının artması onu həyəcanlandırmır, çünki Twitter mikrobloqlar xidməti daha çox pul qazanır və dünyaya daha güclü təsirə malikdir.
Bu yaxınlarda mediada dərc olunmuş məlumata əsasən, Instagram-ın auditoriyası
aylıq 300 milyon aktiv istifadəçiyədək artıb. Son rəsmi məlumatlara görə, Twitter-in
aylıq aktiv auditoriyası 284 milyon istifadəçidən ibarətdir.
 
“Nə üçün biz yalnız istifadəçilər haqda danışırıq? Instagram-la müqayisədə Twitter-in
dünyaya təsiri daha güclüdür. Bu, real vaxt rejimində məlumat şəbəkəsi deməkdir.
Twitter-də mühüm xəbərlər açıqlanır və dünya liderləri müzakirələr aparırlar” –
deyə Uilyams fikrini əsaslandırıb.
 
Instagram xidmətini 2012-ci ildə Facebook şirkəti 1 milyard dollara satın alıb.
Twitter-in kapitallaşması hazırda  təxminən 23 milyard dollar olsa da,
şirkət zərərlə işləyir. 
Mənbə:
ictnews.az    
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
 Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
 Windows 10-u necə sürətləndirmək olar?
 Bizi idarə edən güc: Netokratiya
 Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
 Facebook müəmması
 4G mobil texnologiyası niyə ləngiyir?
 Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
 “Asan imzanı belə gördüm”- Azər Həsrət
 Satışa çıxarılmış Azərbaycan adları