İqtisad Universitetində elektron universitet modeli tətbiq olunur

15-09-2015 / 17:22

Sentyabrın 15-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Bilik Günü münasibəti ilə tədbir keçirilib.

Bu barədə Xeberler.az-a Universitetdən məlumat verilib.

Tədbirdə bütün fakültələrdə keçirilən tədbirdə tələbələrə UNEC-də görülən işlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, yeni dərs ilindən UNEC-də elektron universitet modelinin tətbiqinə başlanılıb.

Qeyd edək ki, ən yüksək bal (680) toplayan tələbə, prezident təqaüdçüsü Jalə Rəhimova Maliyyə fakültəsinə qəbul olunub. Ümumilkdə, yüksək bal toplayan tələbələrin 51 nəfəri UNEC-də yeni yaradılan Beynəlxalq İqtisadiyyat Məktəbində təhsil alacaq. 32 tələbə isə Maliyyə fakültəsini seçib.

Tədbirin sonunda tələbələrə tələbə biletləri təqdim edilib.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə