Previous Next
Bağla

UNEC tələbələrinə Smart tələbə kartları təqdim olunub

01-11-2019 14:18
UNEC tələbələrinə Smart tələbə kartları təqdim olunub

UNEC-də ilk dəfə olaraq “Smart tələbə kartı”nın təqdimolunma mərasimi keçirilib. Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Mərkəzi Bankın və UNEC-in təşəbbüsü, “Kapital Bank” və “Mastercard”ın dəstəyi ilə həyata keçirilən “Smart tələbə kartı” layihəsi Azərbaycan Prezidentinin Sərəncamına əsasən təsdiq edilən “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək məqsədilə həyata keçirilib.

Xeberler.az bildirir ki, tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanov, Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev, UNEC-in rektoru, professor Ədalət Muradov, “Mastercard”ın Azərbaycan üzrə ölkə direktoru Erdem Çakar, bank rəhbərləri, ali təhsil müəssisələrinin rektorları, Təhsil Nazirliyinin rəsmiləri, universitetin müəllim-tələbə heyəti və media nümayəndələri iştirak ediblər.

Rektor Ədalət Muradov UNEC-də dünyanın aparıcı universitetlərinin tətbiq etdiyi “Smart tələbə kartı” ilə bağlı iki il öncədən hazırlıqlara başlanıldığını bildirib.  Layihənin uğurla nəticələndiyini deyən rektor, UNEC tələbələrinin ölkədə ilk dəfə olaraq tətbiq olunan smart tələbə kartlarına sahib olmalarından qürur duyduğunu ifadə edib. Professor Ədalət Muradov UNEC-də son 5 ildə uğurla tətbiq olunan Elektron Universitet Modelinin üstünlüklərindən söz açıb, “Smart tələbə kartı”nın həmin model çərçivəsində həyata keçirildiyini qeyd edib.

Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev Azərbaycan Prezidentinin 26 sentyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiqlənən “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası çərçicvəsində həyata keçirilən bu layihənin müasir ödəniş mədəniyyətinə malik yeni nəslin yetişməsində, ölkədə rəqəmsal ödəniş ekosisteminin inkişafında mühüm dəstək olacağını qeyd edib. Ali təhsil müsəssisələrinin tələbələrinin bu layihəyə cəlb edilməsinin bütövlükdə təhsillə bank sistemi arasında sıx əməkdaşlığa yeni imkanlar yaratdığını vurğulayıb. “Smart tələbə kartı”nın ölkə ali təhsil müəssisələri arasında ilk dəfə UNEC-də tətbiqinin təsadüfi olmadığını deyən Mərkəzi Bankın rəsmisi, universitetin son 5 ildə innovativ layihələri ilə öndə olduğunu diqqətə çatdırıb.

Təhsil nazirinin müavini Firudin Qurbanov dünyanın aparıcı universitetlərinin “Smart tələbə kartı” təcrübəsinin Azərbaycan universitetlərində tətbiqini yüksək qiymətləndirərək, kartın əhəmiyyətindən danışıb. Nazir müavini bildirib ki, bununla bağlı, ali təhsil müəssisələrində mövcud olan tələbə biletinin yeni vahid standartının təsdiq edilməsi, onun əsasında müasir ödəniş funksionallı tələbə kartlarının hazırlanması və ölkədə təhsil alan tələbələrə təqdim olunması istiqamətində işlər aparılır.

Tədbirdə çıxış edən “Mastercard”ın Azərbaycan üzrə ölkə direktoru Erdem Çakar Azərbaycanda belə bir layihənin ilk dəfə reallaşdırılmasında iştirak etdiklərindən qurur duyduğunu bildirib və smart tələbə kartının tələbələrə verəcəyi üstünlüklərindən danışıb.

Sonra Kapital Bankın nümayəndəsi smart tələbə kartı barədə təqdimat nümayiş etdirib. Bildirilib ki, kart vasitəsilə tələbələr təqaüdlərini alacaq, ölkə daxilində və xaricdə həmin kartlarla istənilən ödənişlərini həyata keçirəcəklər. Regionlarda yaşayan valideynlər övladlarına rahatlıqla maliyyə vəsaiti göndərə biləcək. Tələbələr smart kartı universitetə, UNEC-in 24/7 kitabxanasına və oxu zallarına giriş üçün də istifadə edə biləcəklər. Gələcəkdə smart tələbə kartının əhatə imkanlarının daha da genişləndirilməsi, ictimai nəqliyyatda, tələbələr üçün xüsusi endirim kampaniyalarında və digər xidmət sahələrində istifadə olunmasının nəzərdə tutulduğu vurğulanıb.

 

Sonda UNEC-in birinci kursunda oxuyan 20 nəfər Prezident Təqadüçüsünə smart tələbə kartları təqdim olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Daha üç ali təhsil müəssisəsində "Smart tələbə kartı"nın tətbiqinə başlanılıb

10-09-2020

Daha bir universitetə Smart tələbə kartları veriləcək

13-02-2020

İqtisad Universitetində elektron universitet modeli tətbiq olunur

15-09-2015

UNEC-də distant Tyutor hazırlığı üzrə sertifikat proqramı tamamlanıb

06-09-2019

UNEC-də “Tələbə-StartUp” müsabiqəsi təşkil olunub

23-12-2025

Ağalı kəndində nağdsız ödəniş imkanları genişləndirilib

12-09-2022

UNEC ilə MÜSİAD arasında anlaşma memorandumu imzalanıb

12-01-2024

UNEC ölkədə ilk dəfə olaraq adaptiv təhsilə başlayacaq

04-03-2020

UNEC distant təhsilə hazırlaşır

23-01-2024

UNEC Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

24-03-2020

Distant dərslərin evdən təşkili uğurla nəticələnib

11-04-2020

UNEC tələbələrinə innovativ və operativ xidmət: Bir pəncərə

21-05-2019

Ölkəmizdə təhsil almaq istəyən əcnəbilərlə Skype-la müsahibə götürülüb

08-10-2015

UNEC Distant Ali Təhsil Beynəlxalq Forumu baş tutub

02-05-2020

UNEC-dən növbəti yenilik: Virtual Karyera Yarmarkası

28-06-2022

“Azercell Tələbə Proqramı”nın təqdimatı keçiriləcək

20-10-2015

“Texnoloji mütəxəssislərə ehtiyac var”

18-02-2016

UNEC Rusiya Ali İqtisad Məktəbinin onlayn kurslarına qatılacaq

02-04-2020

UNEC-də bütün dərslər distant keçiriləcək

11-03-2020

UNEC-in 95 illik yubileyi qeyd olunub

19-06-2025

UNEC tələbələrinin startaplara cəlb edilməsi genişləndirilir

16-10-2024

UNEC-in rektoru: “Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”

04-05-2020

Tələbələrə Smart-kartlar paylanacaq

06-09-2019

İnnovasiyali iqtisadiyyatda rəqəmsallaşmaya dair konfrans keçirilib

25-02-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə