Previous Next
Bağla

Gələn ildən bütün universitetdə “Elektron Universitet” modeli tətbiq olunacaq

14-10-2015 16:20
Gələn ildən bütün universitetdə “Elektron Universitet” modeli tətbiq olunacaq

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) vahid elektron idarəetmə platforması olan “Elektron Universitet” modelinin tətbiqi ilə bağlı universitetin rəhbər heyəti ilə görüş keçirilib.

UNEC-in Marketinq və Kommunikasiya Departamentindən Xeberler.az-a verilən məlumata görə, UNEC-in rektoru, professor Ədalət Muradov yeni model və onun tətbiqi barədə məlumat verib.

Bildirib ki, ilkin mərhələdə universitetin əsas tədris binasında bütün tədris prosesi tam elektronlaşdırılıb. Yeniliklə bağlı müəllimlərə təlimlər keçirilib. Bundan sonra da əlavə informasiyaya ehtiyacı olanlara mütəxəssislər tərəfindən yardım ediləcək. Noyabrın 1-dən etibarən isə əsas binada tədris prosesi yalnız yeni qaydalarla aparılacaq.

Daha sonra struktur rəhbərlərinə yeni modelin xüsusiyyətləri ilə bağlı təqdimat keçirilib. Bildirilib ki, sadə iş prinsipindən ibarət olan sistemin bazasına tələbələr, müəllimlər, məzun bazası haqqında məlumat yerləşdirilərək, dərs cədvəlləri, fənn üzrə qruplar, fənlərin təqvim-tematik planları, tələbələrin fərdi tədris proqramları daxil edilib. Sistem daxilində eyni zamanda müəllim və tələbələrin şəxsi kabineti, imtahan sistemi bölmələri də yaradılıb. Auditoriyalarda sistemə çıxışı olan elektron tribunalar quraşdırılıb.

Bununla da kağız üzərində jurnal elektron jurnalla əvəz edilmiş olur. Müəllim elektron jurnal bölməsinə daxil olaraq ilk 15 dəqiqə ərzində tələbələrin dərsə davamiyyətini yoxlaya biləcək. Bu isə semestrin sonunda tələbənin dərsə davamiyyətini və seminar ballarını avtomatik hesablamağa şərait yaradacaq. Gələcəkdə tələbələr mobil telefon vasitəsilə də sistemə daxil ola biləcəklər.

Yalnız UNEC-in tədris prosesinə uyğun hazırlanan yeni proqram təminatı müəllimin bütün mühazirələrinin onun kabinetində yerləşdirilməsi ilə bağlıdır. Həmin mühazirələr və dərs vəsaitləri tədris metodiki planlara uyğun olaraq həyata keçiriləcək.Tədris metodiki planlar isə sillabuslara uyğunlaşdırılacaq. Bu yenilik tələbəyə öz işçi kabineti vasitəsi ilə müəllimin kabinetinə girərək mühazirədən yararlanmağa imkan verəcək.

Rektor Ə.Muradov “Elektron Universitet” modelinin tədris prosesinə verəcəyi  faydalardan danışıb.

Qeyd edib ki, yeni sistem müəllimin şəxsi kabinetində yerləşdirdiyi dərs materialının ictimai müzakirəyə çıxmasına imkan yaradacaq.

“Elektron universitet” vasitəsi ilə müəllimlərin reytinqini müəyyənləşdirmək mümkün olacaq. Reytinq elmi-pedoqoji və şəxsi inkişaf fəaliyyətinə dair müəllimlərin  kabinetlərində yerləşdirdikləri məlumatlara uyğun olaraq müəyyənləşdiriləcək. Ə.Muradov əlavə edib ki, “Elektron Universitet” modeli gələn ildən etibarən bütün universitetdə tətbiq olunacaq. “Keyfiyyət ili” çərçivəsində reallaşdırılan model ölkəmizdə ilk dəfə UNEC-də tətbiq olunub.

 

Mirvari Nəcəf

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Tələbələrin davamiyyəti elektron jurnalla yoxlanılacaq

16-02-2016

İqtisad Universiteti tam elekronlaşdırılmış jurnal sisteminə keçir

02-09-2015

Daha bir Universitetdə təhsil prosesi elektronlaşdırılır

16-09-2015

Azərbaycanda daha bir universitet təhsil prosesini avtomatlaşdırır

13-01-2016

Elektron universitet təlimlərinə başlanıb

09-09-2015

Mikayıl Cabbarov onlayn radionun açılışında

22-09-2015

UNEC tələbələrinə innovativ və operativ xidmət: Bir pəncərə

21-05-2019

Azərbaycanda ilk dəfə olaraq UNEC-də distant tədrisə başlanılıb

17-02-2020

İqtisad Universitetində elektron universitet modeli tətbiq olunur

15-09-2015

UNEC-də “Açıq dərs” canlı yayımlanıb- Video

11-03-2016

UNEC onlayn idarəetməyə keçdi

01-04-2020

UNEC-də bütün dərslər distant keçiriləcək

11-03-2020

UNEC ölkədə ilk dəfə olaraq adaptiv təhsilə başlayacaq

04-03-2020

İqtisad Universitetində müasir texnologiyanın tətbiqi genişlənir

04-09-2015

UNEC distant təhsilə hazırlaşır

23-01-2024

UNEC elektron imza ilə sənəd dövriyyəsinə başlayıb

01-08-2023

E-Universitet layihəsi tələbələrin işini asanlaşdıracaq

25-12-2014

UNEC-də elmi fəaliyyət və kitabxana işi onlayn şəkildə davam etdirilir

10-04-2020

UNEC-də AVESİS platforması təqdim olunub

29-10-2025

Əcnəbi tələbələrin UNEC-ə qəbul qaydaları elektronlaşdırılıb

01-07-2015

Azərbaycanda Microsoft IT Academy layihəsinə start verildi

08-05-2012

Tələbə və müəllimlərin mobilliyi təmin edilir

18-11-2015

MDU-da elektron universitet modelinin yaradılması ilə bağlı növbəti razılaşma əldə edilib

26-09-2024

Bu universitetdə də tələbə imtahan cavabını onlayn öyrənəcək

17-01-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə