Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Azərbaycanın nüfuzlu şirkət nümayəndələrinin və iş adamlarının iştirakı ilə tədbir keçirilib. UNEC-in Texnologiya və dizayn fakültəsinin təşkilatçılığı ilə keçirilən tədbir “Yeni iqtisadi çağırış və modern təhsil” mövzusunda olub.
Universitetin mətbuat xidmətindən Xeberler.az-a verilən məlumata görə, UNEC-in Tədris və təlim texnologiyaları üzrə prorektoru, professor Damət Bağırov Azərbaycan Respublikası Prezidentinin ölkədə biznes mühitinin yaxşılaşdırılması və dövlət idarəçiliyində səmərəliliyin artırılması istiqamətində apardığı islahatlardan danışıb. O bildirib ki, ölkə prezidentinin çağırışlarına UNEC real addımlarla cavab verməkdədir. Belə ki, universitetdə iqtisadi təhsilin modernləşdirilməsi və iqtisadi təhsildə keyfiyyət parametrlərinin yüksəkldilməsi istiqamətində əhəmiyyətli işlər görülür.
D.Bağırov deyib ki, UNEC-in tələbə və məzunlarının işlə təmin olunması universitetin prioritetləri sırasındadır. Bunun üçün də universitet iş adamları və sahibkarlarla daha sıx əməkdaşlıq etmək niyyətindədir.
Görüşdə iştirak edən şirkət nümayəndələri və iş adamları müasir bazar tələblərinə cavab verən kadrların hazırlanmasında universitetlərin mühüm rol oynadığını bildirib. Azərbaycandakı zavod və müəssisələrin ən son texnologiyalar əsasında qurulduğunu bildirən qonaqlar, bu avadanlıqlardan istifadə üçün müasir standartlara cavab verən texnoloji mütəxəssislərə ehtiyac olduğunu vurğulayıb. Qeyd edilib ki, sahibkarlar da müəssisə və şirkətlərə yerli kadr və mütəxəssislərin cəlb olunmasında maraqlıdır. Çünki xaricdən dəvət olunan mütəxəssislərə daha artıq vəsait ödənilir.
Bunun üçün tələbələrə nəzəri biliklərlə yanaşı, praktiki biliklərin də tədris olunmasının vacibliyi qeyd olunub. Bildirilib ki, ali təhsil müəssisələrində aktuallığını itirən fənlər yeni tələblərə cavab verən fənlərlə əvəz olunmalıdır. Bunun üçün şirkət və müəssisələrin nümayəndələri tədris planları ilə yaxından tanış olmalı, gərəkli fənlərin tədrisi üçün təkliflər verməlidir.
Görüşdə UNEC-in Karyera mərkəzinin fəaliyyəti yüksək qiymətləndirilib. Bildirilib ki, UNEC tələbələri mütəmadi olaraq şirkətlərdə tanışlıq turunda olurlar. UNEC tələbələrinin digər universitetlərlə müqayisədə daha aktiv və həvəsli olduğu da bildirilib.
Tədbir müzakirələrlə davam edib, əməkdaşlıq əlaqələrinin genişləndiriliməsi üçün təkliflər verilib.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri