Previous Next
Bağla

Azərbaycanda ilk dəfə olaraq UNEC-də distant tədrisə başlanılıb

17-02-2020 18:32
Azərbaycanda ilk dəfə olaraq UNEC-də distant tədrisə başlanılıb

UNEC-də distant təhsillə bağlı pilot layihə həyata keçirilir.

Xeberler.az bildirir ki, bu gündən humanitar fənlərin tədrisi alternativ kimi distant formada da təşkil olunub. UNEC Externdə ilk olaraq Maliyyə və mühasibat fakültəsində 2019/2020-ci tədris ilinin yaz semestrində “Multikulturalizmə giriş” və “Sosiologiya” fənlərinin distant formada tədrisinə başlanıb. 1-ci kursda əyani təhsil alan tələbələrdən könüllülük prinsipi əsasında 24 tələbə seçilərək, distant formada təhsilə cəlb olunub.  
Həmin fənləri distant formada dinləmək istəyən tələbələrin adları EDUMAN sistemində distant formada tədris üçün yaradılan fənn üzrə qruplara daxil edilib. Müəllimlər studiyalardan onlayn apardıqları dərslərdə öncədən EDUMAN sisteminə yüklənən tədris materiallarından istifadə edirlər. Tələbənin davamiyyəti və qiymətləndirilməsi isə müvafiq qaydalara uyğun elektron jurnalda aparılır.

Sonda imtahanlar adi qaydada, tələbələrin fiziki iştirakı ilə təşkil olunacaq. Distant qrupun imtahan nəticələri digər qrupların imtahan nəticələri ilə müqayisə olunacaq və nəticələr təhlil ediləcək.

Qeyd edək ki, ən müasir texniki avadanlıqlarla təchiz olunan “UNEC Extern”də 6 tədris studiyası var. UNEC-in “Elektron universitet” sistemi və UNEC Externdə yaradılan müasir standartlara uyğun infrastruktur distant təhsilin tam əyanidəki kimi aparılmasına imkan verir.

Burada auditoriyaları studiyalar əvəz edir ki, onların tərtibatı və təchizatı bir çox ABŞ və Avropa universitetlərinin analoji mərkəzlərindən daha üstün təşkil edilib. Onlayn tədris aparılan studiyalarda elektron kürsü, xüsusi sensor lövhə, monitor, HD kamera və səs avadanlıqları quraşdırılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

UNEC-də imtahanların da distant keçirilməsi mümkündür

17-03-2020

UNEC-də gün ərzində 9200 tələbəyə distant dərslər keçilib

12-03-2020

UNEC distant təhsilə hazırlaşır

23-01-2024

UNEC-də bütün dərslər distant keçiriləcək

11-03-2020

Distant dərslərin evdən təşkili uğurla nəticələnib

11-04-2020

UNEC-in rektoru: “Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”

04-05-2020

Azərbaycanın İlk distant təhsil məktəbi

07-04-2020

UNEC-də distant Tyutor hazırlığı üzrə sertifikat proqramı tamamlanıb

06-09-2019

Ekspert: Texnologiyalar mövcud konservativ təhsil sistemini üstələyir

21-02-2020

UNEC Beynəlxalq Distant Ali Təhsil Forumu 2020-yə start verib

28-04-2020

UNEC-də virtual dekanlıq yaradılıb

04-11-2020

UNEC evlərdən distant təhsilə başlayır

04-04-2020

Gəncədəki elmi tədqiqatçılar distant formada imtahan verib

27-01-2016

İnformatika üzrə distant formada doktorluq imtahanları keçirilib

06-07-2017

UNEC-in rektoru “Distant ali təhsilin vacib məqamlarına toxunub"

29-03-2020

Ekspert: Təhsil nazirliyi distant təhsilin tətbiqindən ehtiyat edir?

04-10-2019

UNEC-də distant Çin dili kursları təşkil olunacaq

10-09-2019

Tələbələrin davamiyyəti elektron jurnalla yoxlanılacaq

16-02-2016

Distant təhsil forması rəsmiləşəcəkmi ?

23-01-2024

UNEC ölkədə ilk dəfə olaraq adaptiv təhsilə başlayacaq

04-03-2020

UNEC Distant Ali Təhsil Beynəlxalq Forumu baş tutub

02-05-2020

UNEC tələbələrinə innovativ və operativ xidmət: Bir pəncərə

21-05-2019

UNEC-də Rəqəmsallaşdırma üzrə prorektor vəzifəsi təsis olunub

17-06-2021

“EduHack” hakatonu başa çatıb

03-08-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə