İsveç Azercell-in fəaliyyətini yüksək qiymətləndirdi

14-11-2017 / 10:10

İsveç Krallığının Xarici İşlər Nazirliyinin Avropa İttifaqı Məsələləri və Ticarət üzrə dövlət katibi  Oskar Stenströmun başçılıq etdiyi nümayəndə heyəti  Azercell Telekom-a baş çəkib.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, bu səfər İsveçin Azərbaycanda ən böyük investisiyası sayılan Azercell şirkətinin biznes və inkişaf perspektivlərini daha yaxından tanımaq məqsədilə həyata keçirilib.

Dövlət katibi cənab Oskar Stenström və İsveç Krallığının Azərbaycandakı səfiri xanım Ingrid Tersman Azercell Telekom MMC-nin prezidenti cənab Vahid Mürsəliyevin başçılıq etdiyi Azercell rəhbərliyi ilə görüş keçirdilər. 

  

Azercell-in prezidenti Vahid Mürsəliyev rəsmi nümayəndə heyətinə bu səfərə görə minnətdarlığını bildirdi, Azercell və onun əsas investoru olan Telia şirkəti arasında uzun illər ərzində formalaşmış güclü işgüzar əlaqələrin və təcrübə mübadiləsinin şirkətin davamlı inkişafına əhəmiyyətli dərəcədə töhfə verdiyini vurğuladı. İsveç telekommunikasiya lideri və Azercell-in əsas investoru Telia şirkəti bu görüşdə şirkətin Prezidenti yanında Baş Məsləhətçisi Kjell Lindstrom tərəfindən təmsil olunub.

Nümayəndə heyətinə Azercell-in tarixi, ümumi biznes fəaliyyəti, ölkənin telekommunikasiya sektoruna yatırılmış investisiyalar, şirkətin Azərbaycan bazarına təqdim etdiyi yeniliklər, eləcə də sənayenin ən son tendensiyalarına uyğun gələcək planlar barədə məlumat verildi. Müzakirələr zamanı həmçinin Azercell-in Məsuliyyətli İşgüzar Davranış, Etika və Uyğunluq, Dayanıqlıq və Korporativ Sosial Məsuliyyət sahələrinə verdiyi töhfə və innovativ texnologiyalar, sahibkarlıq və insan resursları sahəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Avropa İttifaqı Məsələləri və Ticarət üzrə dövlət katibi cənab Oskar Stenström Azercell rəhbərliyinə xoş qarşılanmaya görə təşəkkür etdi və qeyd etdi ki, Azercell gələcəyin ən perspektivli və tələb olunan sahəsi sayılan telekommunikasiya sektorunda inkişaf edən nümunəvi şirkət kimi özünü uğurla nümayiş etdirir və qlobal iqtisadiyyatın əsas resurslarından biri olan mobil internet xidmətlərini istifadəçilər üçün mümkün edir.      

Günel

 

 

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.