Ali Ağan “Azercell Telekom” MMC-nin yeni prezidenti təyin olunub

06-01-2009 / 17:07

3 il “Azercell” şirkətinə rəhbərlik etmiş Halim Ateş isə “TeliaSonera Eurasia” Şirkətlər Qrupunun Vitse-Prezidenti olaraq fəaliyyətini davam etdirəcək 

2009-cu ilin yanvar ayından etibarən cənab Ali Ağan “Azercell Telekom” MMC-nin Prezidenti vəzifəsini yerinə yetirəcək. 

Ali Ağan 2008-ci ilin mayından etibarən “Azercell” şirkətinin Vitse-Prezidenti kimi çalışıb. Bu müddət ərzində cənab Ağanın təşəbbüsü ilə xeyli mühüm tədbirlər həyata keçirib.

“Böyük sevinc hissi ilə bildirmək istərdim ki, 2009-cu ilin yanvar ayından etibarən cənab Ali Ağan “Azercell” şirkətinin Prezidenti vəzifəsinə təyin olunmuşdur. Ali Ağan “Azercell” şirkətinin Vitse-Prezidenti kimi çalışdığı dövr ərzində çox mühüm tədbirlər həyata keçirmiş və əminəm ki, o, şirkətin Prezidenti kimi uğurlu fəaliyyətini davam etdirəcək”-deyə “TeliaSonera Eurasia” Şirkətlər Qrupunun Prezidenti Tero Kivisaari yeni təyinatı şərh edərkən bildirib.

“Azercell Telekom” MMC-nin sabiq prezidenti cənab Halim Ateş bundan sonra fəaliyyətini “TeliaSonera Eurasia” Şirkətlər Qrupunda Əməliyyatlar üzrə Baş Müdir və Vitse-Prezident vəzifələrində davam  etdirəcək.

Cənab Ateşin rəhbərliyi dövründə “Azercell” dinamik inkişaf templərini qoruyaraq bir çox uğurlara imza atıb. Halim Ateşin liderliyi ilə şirkətin yeni vizyonu - “Azərbaycanın qürur duyacağı şirkət olmaq” – qəbul olundu, “Azercell”-dəki dövlət payı özəlləşdirildi, abonent sayı 105% artaraq 3,5 milyon nəfərə çatdı, quraşdırılmış radio-baza stansiyalarının sayı isə 1500-ü ötdü. Məhz H.Ateşin prezidentliyi dövründə Şirkət ilk dəfə olaraq “Azərbaycanın ən şəffaf şirkəti” seçildi və MDB-də İİP (İnsanlara Sərmayə) sertifikatına layiq görülmüş ilk şirkətlərdən biri oldu.

Qeyd edək ki, “TeliaSonera Eurasia” Şirkətlər Qrupu Nordik və Baltik regionlarında aparıcı telekommunikasiya şirkəti olan “TeliaSonera”-nın Avrasiya regionundakı biznesini idarə edir.
 


 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə