Kafelərdə robotlar xidmət göstərəcək

02-04-2015 / 13:50

Texnologiya və proqram firması Akınsoft Konyada açılışını etdiyi kafe və həmçinin  robot tətbiq mərkəzində xidmətçi robotunu təqdim edib. 

Konya mərkəzli proqram şirkəti Akınsoft-un idarə heyətinin direktoru Özgür Akın, Məram mahalında robot xidmətçilərin çalışdığı kafenin açılış mərasimində bu mərkəzin yalnız  qəhvə içmə məkanı olmadığını, ölkə daxilində ilk olacaq bir performansla işləyəcəyini söyləyib.

Robot texnologiyalar üzərində etdikləri işlərin bu kafe sayəsində görülə biləcəyini ifadə edən Akın, "Kafe istənilən yeməyin yeyilə biləcəyi, içkinin içilə biləcəyi, robotların xidmət etdiyi bir robot tətbiq mərkəzidir. Sonrasında sifarişlər veriləcək və xidmətçi robotun ardıcıl istehsalına keçiləcək. Əlavə, 2015-ci ildə robot zavodumuzun açılışını da reallaşdıracağıq".

"Ada"nın texniki xüsusiyyətləri haqqında məlumat verən Akın, robotun yer, məsafə və ziddlik sensorlar olduğunu, bu sensorlarla işlədiyini ifadə edib.

Adanın yol təqib edə bilən və stolların yerlərini təsbit edə bilən bir robot olduğunu izah edən Akın, robotun kompüter sistemi ilə işlədiyini də bildirib.

Xidmətçi robot "Ada" iştirakçıları tərəfindən  böyük maraqla qarşılanıb.

150 santimetr hündürlükdə, 30 kiloqram ağırlığında və süni zəkaya sahib "Ada" müştərilərə xidmət edib. 

                                                                                     Ağasəf Haqverdiyev


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə