Robot hərəkətləri 16 dəmir barmaqları ilə yerinə yetirir
Yaponiyanın “Panasonic” şirkəti insanların başını yuyan, hətta massaj edə bilən robot icad edib.
Bu robot insanın başını skaner edir, onun 3 ölçülü modelini yaradır və onu yadda saxlayır. Sonra robot insanın başını şampunla yuyaraq, massaj etməyə başlayır. Massaj robotun hər iki manipulyatorunda yerləşən 16 dəmir barmaqları ilə yerinə yetirilir. Qurğunun yaradıcıları bildirib ki, robotun cəldliyi, çevikliyi insan gücünə bənzərdir. Nümayiş etdirilmiş prototip səhiyyə müəssisələrində əməkdaşların çatışmamazdığına görə və onları əvəz etmək üçün icad olunub. Yaponiya əhalisi tez qocaldıqlarına görə, sosial mühitdə iş qüvvəsinin kəskin azaldığı hiss olunur. Yeni robotun satışa yaxın illərdə çıxacağı gözlənilir.
Robot Tokionun sərgisində nümayiş olunub. Bu sərgidə həmçinin ictimai təminata aid olan 20 min məhsullar da nümayiş olunub. Robotdan başqa, “Panasonic” şirkəti elektrik çarpayı- transformer də nümayiş etdirib. Bu qurğu hətta əlil qoltuqlu kürsüyə belə çevrilir.
mənbə: İTV.AZ
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri