Yaponiyanın Hitachi şirkəti tərəfindən hazırlanmış EMIEW3 adlı robot ətraf mühiti və insanların hərəkətlərini tanıya bilir.
Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, yeni robot bir neçə kamera və sensordan ibarət innovasiya sistemi sayəsində kütlə içərisində narahat görünən insanı sərbəst şəkildə ayırd edir. Robot həmin insana yaxınlaşaraq yardım təklif edir.
Hündürlüyü təxminən 90 sm olan və 6 km/saat sürətlə hərəkət edən robot rəqibi Pepper-dən 3 dəfə daha sürətlidir.
Softbank texnologiya şirkəti tərəfindən hazırlanmış Pepper insan emosiyalarını anlaya bilən ilk robot idi.
Hitachi şirkətinin nümayəndələri isə iddia edirlər ki, EMIEW3 rəqibindən bir sıra üstünlükləri ilə fərqlənir. Belə ki, humanoid ingilis və yapon dilləri də daxil olmaqla, 4 dildə danışır. Robotun proqram təminatı süni intellekt vasitəsilə buluda qoşulub. Bunun sayəsində humanoid ünsiyyət zamanı əldə etdiyi məlumatları təhlil edir, insanlarla informasiya mübadiləsi aparır.
Humanoid ticarət mərkəzləri, aeroportlar, xəstəxanalar və digər müəssisələrin ziyarətçilərinin konsultasiyası üçün istifadə oluna bilər.
Robotun 2018-ci ildə satışa çıxarılacağı gözlənilir. Pepper-dən fərqli olaraq, EMIEW3 Yaponiyadan kənarda da əlçatan olacaq.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri