Ən gənc auditoriyada proqramlaşdırma və robot texnikasına maraq oyatmaq üçün uşaqları öyrədə bilən robot-pişik təqdim edilib.
Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, robopişik hazırda Soçidə keçirilən Gənclər və Tələbələrin Ümumdünya Festivalında təqdim edilib.
Robot hər biri gənc istifadəçi tərəfindən proqramlaşdırıla bilən çox sayda sensor ilə təchiz edilib. Qurğu özündə səs, hərəkət tənzimləyicilərini, həmçinin robotun ayrı-ayrı hissələrinin hərəkətini təmin edən bir çox mexaniki elementləri ehtiva edir.
Hazırda mövcud olan istənilən proqramlaşdırma dilində və ya proqramlaşdırma ilə tanış olmayanlar üçün qarşılıqlı təsiri sadələşdirən xüsusi proqramın köməyi ilə robot-pişiyə əmrlər vermək mümkündür.
Bu robot informatika, riyaziyyat, musiqi və biologiya kimi fənnlərin öyrənilməsində 8-14 yaş arası uşaqlara kömək üçün yaradılıb. Uşaq pişiyi sığalladıqda pişiyin gözlərini qırpmağa başlaması və s. üçün proqram yaza bilər. Hazırda robotun təhsil müəssisələrində tətbiqi üçün kurslar işlənilir.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri