Kompüter oyunlarından asılılıq xəstəlikdir-Rəsmi

05-01-2018 / 12:55

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sonuncu yayımladığı xəstəlik növlərində diqqəti bəzi məqamlar çəkib.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, hesabatda “hazardous gaming ”(təhlükəli oyun oynamaq) və “gaming disorder” (oyun oynamaq xəstəliyi)  adlı 2 yeni xəsətlik aşkar edilib.

Təhlükəli oyunun tərifi isə belə qeyd edilib: Təhlükəli oyun şəxsin özünə və ya ətrafındakıların fiziki və ya psixi sağlamlığına ziyan vurma riskini əhəmiyyətli dərəcədə artıran onlayn və oflayn oyun modelini əhatə edir.

Oyun oynamaq xəstəliyi- Bu xəsətlik qalıcı və ya təkrarlanan oyun davranışları ilə bağlıdır.

Xəstəlik aşağdakı formada özünü göstərir:

-Oyun oynamaq üzərində nəzarətin itirilməsi (başlanğıc vaxtı, tezlik, intensivlik, müddəti, sonu, məzmunu və s.)

-Yanlış hadisələrin baş verməsinə baxmayaraq oyunun davamı və ya artırılması

-Oyun oynamağın digər sosial maraqların və günlük fəaliyyətlərin önünə keçməsinə baxmayaraq buna davam edilməsi

Onu da qeyd edək ki, Entertainment Software Association Ümumdünya Səhiyyə Təşkilatının bu araşdırmasını yenidən aparmasını tələb edir. 

 

Günel


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.