Yeni “YouTube Gaming” oyun xidməti istifadəyə verildi

16-06-2015 / 23:35

“Google” korporasiyası “Youtube” video hostinqi platformasında yeni “YouTube Gaming” oyun xidmətini istifadəyə verib.

Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, tərtibatçıların bildirdiyinə görə, bu xidmət oyunçular üçün video hostinqin veb saytı və digər əlavələr vasitəsilə əlçatan olacaq.

Mütəxəssislərin fikrincə, “Google” rəhbərliyi “YouTube Gaming”i istifadəyə verməklə “Twitch” oyun striminqinə rəqib yaratmağı planlaşdırır. “Twitch” xidməti ötən ilin avqust ayında 970 milyon dollara “Amazon” internet mağazası tərəfindən satın alınıb. 

“YouTube Gaming”də oyun yaradıcılarının kanallarının yaradılması planlaşdırılır. Bu kanallarda müxtəlif strimlərə dəqiq təqvimlərlə abunə olmaq da mümkün olacaq.

Xeberler.az

 

ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.