iOS və Android üçün oyun proqramları

07-01-2016 / 11:53

Oyun oynamaq istifadəçilərin sevimli məşğuliyyətinə çevrilib.

Xeberler.az  bunu nəzərə alaraq bu dəfə iOS və Android cihazlar üçün ən yaxşı mobil oyun proqramlarını təqdim edir.

Threes

Bu oyun verilən tapmacanı tapmaqdan ibarətdir.

Neko Atsume

Oyunçunun məqsədi pişikləri toplamaqdır. Neko Atsume-da bu pişiklər toplandıqca oyunçu yemək, oyuncaq qazanır.

Lara Croft Go

Bu oyunda məqsəd verilən tapmacanı həll etməkdir.

Monument Valley

Bu oyun ən gözəl mobil oyunlardan biridir. Oyunun dizaynı çox bacarıqla qurulub. Oyunda oyunçunun məqsədi antik əsərlərdən ibarət dünyaya yol çəkməkdir.

Ridiculous Fishing

Burada oyunçunun məqsədi balıq tutmaq deyil, havaya atılan qalıqları vurmaq və bunları kiçik hissələrə parçalamaqdır.

Badland 2

Oyun 2013- cü ildən fəaliyyət göstərir. Ən çox yüklənilən mobil oyunlardandır.

Device 6

Bu oyunda da məqsəd verilən tapmacanı həll etməkdir. Bəzi suallara cavab vermək üçün isə güzgünün qarşısında dayanmaq da tələb oluna bilər.

Her Story

Maraqlı hekayələrdən ibarət oyundur.

Prune

Bu oyunda oyunçu ağacın budaqlarını budamalı, qarşısına çıxan əngəlləri aşmalı və bu ağacların böyüdülməsi üçün səy göstərməlidir.

 

Ruhəngiz Muradova

 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.