Kriegers Flak KES 2021-ci ildə istifadəyə veriləcək

19-07-2018 / 12:36

Baltik dənizində qurulan ofşor Kriegers Flak külək elektrik stansiyası 2021-ci ildə istifadəyə veriləcək.

Xeberler.az məlumat verir ki, İsveçin Vattenfall enerji şirkəti Baltik dənizində qurduğu KES-də istehsal edilən elektrik enerjisini Danimarkanın Novo NordiskNovozymes şirkətlərinə satacaq. Artıq bununla bağlı adıçəkilən şirkətlər arasında uzunmüddətli müqavilə imzalanıb.

Qeyd edək ki, müqaviləyə görə Vattenfall 2020-ci il yanvarın 1-dən başlayaraq iki Danimarka şirkətinə elektrik enerjisi satacaq. Kriegers Flak KES 2021-ci ildə tam gücü ilə elektrik enerjisi istehsalına başlayacaq, bunun üçün də Vattenfall həmin müddətdə elektrik enerjisini Danimarkadakı stansiyalardan təmin edəcək. Müqavilə 600 meqavat gücündə olan stansiyanın istehsalının beşdəbirini əhatə edir.(AZƏRTAC)

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.